Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Neft kəskin ucuzlaşdı - YENİLƏNİB

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft kəskin ucuzlaşdı - YENİLƏNİB
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Brent neftinin qiyməti 64 dollar, ABŞ xam neftinin (WTI) qiyməti isə 54 dollar səviyyələrinə düşdü.


 

Reklam_3_11

Neft qiymətləri, ABŞ Prezidenti Donald Trampın OPEC-in ən böyük istehsalçısı Səudiyyə Ərəbistanının hasilatı azaltmaq planını tənqid etməsinin ardından daha da düşüb. Neft 12 gündür ucuzlaşır.

 

Səudiyyə Ərəbistanın energetika naziri Xalid Al-Falih, istehsalçıların Oktyabr ayındakı hasilatdan 1 milyon barrel az neft istehsal etmələri lazım olduğunu söyləmişdi. 

 

Tramp Twitter vasitəsilə verdiyi açıqlamada, "Ümid edirəm ki, Səudiyyə Ərəbistanı və OPEC neft istehsalını azaltmayacaq. Neft qiymətləri təklifə bağlı olaraq daha aşağı olmalıdır" - deyib.

 

ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET

 

"Marja" xəbər verir ki, Trampın açıqlamsından sonra, Brent markalı neft təxminən 7,5% ucuzlaşaraq 64,75 dolları, ABŞ xam neftinin qiyməti isə 8% düşərək 54,90 dolları görüb (Saat 07:00-a olan məlumat).

 
Neft qiymətləri ötən aydan bəri isə 25 faiz düşüb. Brent neftinin qiyməti Oktyabrın 3-də 86 dolları keçmişdi.

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

ABŞ 8 ölkəyə İrandan neft satın almağa möhlət verib. Yəni, İranın neft ixracı tamamilə dayanmır, 8 ölkəyə neft satmaqda davam edəcəkdir. Bu, bazarda neft qıtlığı olacağı narahatlığını azaldıb.

 

ABŞ-ın İranın neft satışlarını hədəf alan sanksiyaları rəsmi olaraq Noyabrın 5-i başladı, ancaq ABŞ-ın xarici işlər naziri Maykl Pompeo, Çin, Hindistan, İtaliya, Yunanıstan, Yaponiya, Cənubi Koreya, Tayvan və Türkiyənin bu məhdudiyyətlərdən müvəqqəti (180 gün) istisna olunduqlarını açıqladı. 

 

Həmçinin, ABŞ-da neft hasilatı və ehtiyatları artır.


Digər tərəfdən, Vaşinqton və Pekin arasında ticarət münaqişəsi qlobal iqtisadi artımı ləngidir və neftə təlabatın azalacağı gözlənilir. Yəni, azalan neft istehlakına dair narahatlıqlar da yaranıb. Bütün bu proseslər də neft qiymətlərinə mənfi təsir edir.

 

"Neft qiymətləri mənim sayəmdə aşağı düşür"

 

ABŞ Prezidenti Donald Tramp, son həftələrdə neft qiymətlərində baş verən azalmanın özü sayəsində olduğunu bildirmişdi.
 

İrana qarşı sanksiyalardan səkkiz ölkəyə möhlət verdiklərini xatırladan ABŞ Prezidenti Donald Tramp, "Bunu etməyimin bir səbəbi məndən kömək istəmələridir. Ancaq, əsas səbəb neft qiymətlərinin 100 dollara və ya 150 dollara yüksəlməsini istəməməyimdir. Qiymətləri mən aşağı salıram. Əgər neft qiymətlərinə baxsanız, son bir neçə həftədə olduqca əhəmiyyətli dərəcədə aşağı düşdüyünü görərsiniz. Bu mənim sayəmdə oldu" demişdi.


 Tramp,"OPEC deyilən bir monopoliya var və mən bu monopoliyanı sevmirəm" ifadəsini də işlətmişdi.

 

Qeyd edək ki, Azərbaycan 2019-cu ilin dövlət büdcəsi üçün neftin qiymətini 60 dollar götürür. İqtisadçılar bu qiymıtin riskli olduğu barədə xəbərdarlıq etmişdilər. 2018-ci ilin dövlət büdcəsində neftin qiyməti 45 dollar götürülmüşdü.

13.11.2018 17:54

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ