Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanda sement istehsalı üçün təkər yandırılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda sement istehsalı üçün təkər yandırılacaq

Məşhur sement istehsalçısı “Holcim Azərbaycan” şirkəti təkər və digər tullantıları yandıraraq sement istehsal etməyə hazırlaşır. Hazırda sement istehsalında təbii qazdan istifadə edilir. 

 

Şirkətdən “Marja”ya bildirilib ki, ənənəvi yanacaq növlərinin bir hissəsinin alternativlərlə əvəzlənməsi ekoloji məsələlərin rasional həlli kimi çıxış edir və iqtisadi baxımdan yerli şəraitdə tullantıların emalının mümkün üsulunu təklif edir.

 

"Hər kəs Holcim-i yüksək keyfiyyətli sement istehsal edən Qaradağ sement zavodu kimi tanıyır, lakin Holcim zavodunun bu cür xüsusi texnologiyalara malik olduğunu çox az adam bilir.

 

Artıq yararsız təkərlərlə ilk uğurlu sınaqlar həyata keçirilib və digər materiallarla genişmiqyaslı testlər üçün hazırlıqlar aparılır.Məhz bu imkan və texnologiyalar şirkət tərəfindən "Caspian Ecology Exhibition" sərgisində dünyaca məşhur "Geocycle" brendi altında təqdim olunmuşdur".

 

ONLAYN SİFARİŞ ET, KREDİTİ 3% ENDİRİMLƏ  AL!

 

Dünya bazarında 100 illik təcrübəyə malik olan Holcim, təkcə təkrar emal üçün həllər deyil, həm də neft və neft məhsulları ilə çirklənmiş torpağın toksinlərdən inertizasiyası üçün innovativ yanaşmalar təklif edir. Sement əsasında hazırlanmış Inercem məhsulu buna ən parlaq nümunədir. Sement istehsalından əlavə tullantıların idarə olunmasında da qlobal ekspert kimi çıxış edən Holcim  ölkənin ekoloji mühitinə töhfə verməyə hazırdır.

 

Geocycle - lafargeHolcim qrupuna daxil olan və tullantıların idarə olunması xidməti göstərən aparıcı qlobal operatorlardan biridir.  

14.11.2018 14:14

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ