Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Azərbaycanlı nazir Parisdə fransız iş adamları ilə görüşüb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanlı nazir Parisdə fransız iş adamları ilə görüşüb

Azərbaycanın maliyyə naziri Samir Şərifov və AZPROMO-nun vitse-prezidenti Yusif Abdullayev Parisdə Fransa Sahibkarlar Təşkilatında (MEDEF) Azərbaycanda fəaliyyət göstərən və ölkəmizlə maraqlanan 30 fransız şirkətinin nümayəndələri ilə görüşüblər.

 

Görüş fransız şirkətlərinin nümayəndələrinə ölkəmizə sərmayə yatırımlarını dəstəkləmək üçün iqtisadiyyat və maliyyə sahələrində əsas istiqamətlər və prioritetlərlə yaxından tanış olmaq imkanı yaradıb.

 

12 fəaliyyət sahəsini əhatə edən fransız müəssisələri nümayəndələrinin həyata keçirilməkdə olan və gələcəkdə gözlənilən layihələrlə bağlı sualları cavablandırılıb.

 

Görüşdən sonra yeni texnologiyalar sahəsində ixtisaslaşmış VİVACTİON şirkətinin icraçı direktoru   müsahibəsində informasiya-kommunikasiya texnologiyaları və kibertəhlükəsizlik sahəsində xidmət göstərdiklərini və beynəlxalq səviyyədə böyük uğurlara imza atdıqlarını bildirərək, Azərbaycan şirkətləri ilə, AZAL-la bu sahədə əməkdaşlıq etməkdə və bu istiqamətdə yeni strategiyanı müəyyən etməkdə maraqlı olduqlarını bildirib.

 

SAFT şirkətinin icraçı direktoru Kristian Lube ölkəmizdəki layihədə iştirakından, əməkdaşlıq etdikləri yerli insanların səriştəli olmasından və fəaliyyətlərinin uğurlu inkişafından danışıb. O, ölkəmizlə əməkdaşlıqdan məmnunluğunu bildirib.

©Azərtac

15.12.2016 03:25

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ