Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Azərbaycanın turizm şirkəti tur satışını asanlaşdırdı - YENİLƏNMİŞ SAYT

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın turizm şirkəti tur satışını asanlaşdırdı - YENİLƏNMİŞ SAYT

“Silk Way Travel” turizm şirkətinin saytı yenilənmişdir.

 

Saytda dizaynın yenilənməsi ilə yanaşı, həm də istənilən turu onlayn təxsis etmək və evdən çıxmadan istənilən bankın Visa/MasterCard kartları vasitəsilə ödəniş etmək imkanı yaradılmışdır.

 

“Silk Way Travel” şirkətinin mətbuat xidmətindən “Marja”ya daxil olmuş məlumata görə, www.swtravel.az  saytı mobil qurğulara uyğunlaşdırılmışdır və üç dildə - Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir.

 

Turların rahat axtarışı sistemi istirahəti daha tez və düzgün şəkildə seçməyə imkan verir.

 

Bundan başqa, turistlərin rahatlığı üçün interaktiv xidmətlər - aviabiletlərin axtarışı, fərdi və qrup şəklində turlar üzrə sorğular əlavə olunmuşdur.

 

Hazırda saytda həm ölkə daxilində, həm də xaricdə tələbatın çox olduğu istirahət istiqamətləri üzrə turlar təqdim olunmuşdur.

 

Yenilənmiş www.swtravel.az  veb saytının açılması münasibətilə turist onlayn tur sifariş edərkən, habelə şirkətin rəsmi facebook səhifəsindən tur əldə edərkən ona ilk 30 gün ərzində əlverişli təklif - fərdi turlar üzrə 3 faizədək endirim təqdim edilir.

 

16.11.2018 08:32

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ