Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Azərbaycanda elektron pulun emissiyası üzrə ilkin şərtləri hazırlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda elektron pulun emissiyası üzrə ilkin şərtləri hazırlanıb

Azərbaycanda ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda elektron pulla bağlı geniş tənzimləmə öz əksini tapacaq.

 

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) İdarə Heyətinin üzvü, hüquq və icra departamentinin direktoru Əfqan Baxışov Bakıda keçirilən III Beynəlxalq Bankçılıq Forumunda bildirib.

 

"Ən mühüm yeniliklərdən biri də odur ki, elektron pulla bağlı məsələlər Azərbaycan qanunvericiliyi ilə az-çox geniş tənzimlənəcək. Sənəddə bildirilir ki, elektron pulun emissiyasını elektron pul təşkilatları, beynəlxalq və xarici bankların yerli filialları, poçt rabitəsi milli operatoru, xarici elektron pul təşkilatlarının yerli filialları həyata keçirəcək”, - deyə o qeyd edib.

 

MBNP rəsmisinin sözlərinə görə, elektron pulun valyutasının ilkin dövrdə manat olması nəzərdə tutulub: “Daha sonra digər valyutalara da baxıla bilər. Elektron pulun emissiyasında limit müəyyən olunacaq, maksimal hədd qoyulacaq. Əlavə pul kütləsinin yaradılmaması üçün hesabdakı məbləğ qədər emissiyaya icazə veriləcək”. 

 

ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET

 

© Report

16.11.2018 14:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ