Sumqayıtdakı binalara liftlər alınacaq, böyük məktəb tikiləcək - SƏRƏNCAMLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb.
"Marja" xəbər verir ki, Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi və abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə 5 milyon manat, o cümlədən 18 çoxmənzilli binanın istismara yararsız 62 liftinin yenilənməsi üçün 2,5 milyon manat, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 2,5 milyon manat ayrılıb.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
Prezidentin digər sərəncamı ilə, Sumqayıt şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb.
Bundan başqa, Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 1,5 milyon manat ayrılıb..
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 6 saat əvvəl
-
9 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 9 saat əvvəl
-
10 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
10 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
10 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
11 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 11 saat əvvəl