610 ədəd istehsal edilib, 168 ədədi anbarlarda qalıb
2018-ci ilin yanvar-oktyabr aylarında (10 ayda) Azərbaycanda cəmi 610 ədəd minik avtomobili istehsal edilib (daha doğrusu yığılıb).
Xatırladaq ki, 2018-ci ilin yanvar-sentyabr ayları (9 ayda) ərzində Azərbaycanda 458 ədəd minik avtomobili istehsal edilmişdi. Beləliklə, Oktyabrda istehsal 152 ədəd artıb. Avqustda artım 147 ədəd təşkil etmişdi.
“Marja” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, minik avtomobili istehsalı əvvəlki ilin müvafiq dövrünə nisbətən 20,3 dəfə artıb.
YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!
01.11.2018-ci il vəziyyətinə, bu il istehsal edilmiş 610 ədəd minik avtomobilinin 168 ədədi anbarlarda olub. 01.10.2018-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 153 ədəd təşkil etmişdi. Beləliklə, anbarda yığılan minik avtomobillərinin sayı 15 ədəd artıb.
Qeyd edək ki, yerli avtomobillərin əsas alıcıları dövlət qurumlarıdır.
Bu ilin Martında Neftçala Avtomobil Zavodu (Khazar) işə düşüb. Həmçinin Azərbaycanda Naxçıvan Avtomobil Zavodu da (NAZ-Lifan) fəaliyyət göstərir.
“Azərmaş” ASC-yə məxsus Neftçala Avtomobil Zavodunun illik istehsal gücü 10 min avtomobildir. Zavodda 2018-ci ildə 1500 ədəd avtomobil istehsal edilməsi nəzərdə tutulur. Zavodun proqnoza əməl etməsi üçün ilin sonunadək 890 avtomobil istehsal etməlidir. Bu da çox çətin görünür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 11 d. əvvəl
- 14 d. əvvəl
- 40 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
5 saat əvvəl
ABŞ iqtisadiyyatı birinci rübdə proqnozdan aşağı böyüyüb - BAZARLARDA NARAHATLIQ ARTIB
-
5 saat əvvəl
Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan İntel zərər açıqlayıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
-
6 saat əvvəl
BOKT “Falcon Finance” böyüyüb, xalis mənfəəti 15 dəfəyə yaxın artıb
- 16 saat əvvəl