Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

"Quş qripi" ilə bağlı monitorinqlərin nəticəsi açıqlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Quş qripi" ilə bağlı monitorinqlərin nəticəsi açıqlanıb

Noyabr ayının 12-dən 16-dək Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkə ərazisində yüksək patogenli quş qripi xəstəliyi ilə bağlı monitorinqlər həyata keçirilib.

 

Qida Təhlükəsizliyi Agentliyindən  verilən məlumata görə, agentlik və regional bölmələrinin (2, 3, 5, 6, 11 saylı), Milli İstinad Laboratoriyası, Quba, Bərdə, Salyan, Lənkəran Regional Sınaq Laboratoriyalarının nümayəndələri, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Respublika Taun Əleyhinə Stansiyasının mütəxəssisləri və əməkdaşlarının iştirakı ilə keçirilən monitorinqlər çərçivəsində xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olunan quşların cəsədinə rast gəlinməyib.

 

Quş qripi xəstəliyinə görə Abşeron yarımadası, Şabran, Lənkəran və Ağcabədi rayonlarındakı milli park və qoruqlarda, su-bataqlıq əraziləri, eləcə də respublikanın dənizsahili zonalarının ərazilərində aparılan monitorinqlər zamanı seçmə üsulla ovlanaraq götürülən müxtəlif növlərə aid 43 baş çöl quşunun patoloji materialı və Tərtər rayonu da daxil olmaqla qeyd edilən rayonlara ölkəmizin ayrı-ayrı həyətyanı təsərrüfatlarından gətirilən 276 baş ev quşunun qan nümunələri Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun Milli İstinad Laboratoriyasına təhvil verilib.

 

Qeyd edək ki, nümunələrin analizinin nəticələri barədə ictimaiyyətə geniş məlumat veriləcək.

17.11.2018 07:34

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ