Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Keçən ilki qədər kartof istehsal edilib, məhsuldarlıq azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Keçən ilki qədər kartof istehsal edilib, məhsuldarlıq azalıb

Ölkədə kənd təsərrüfatı məhsullarının yığımı başa çatmaq üzrədir və noyabr ayının 1-nə kimi payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahəsinin 99,8 faizi, yaxud 1049,1 min hektarı biçilmiş və həmin sahələrdən 3 milyon 57,7 min ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 13,6 faiz çox məhsul götürülmüşdür. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 29,1 sentner təşkil etmişdir.

 

“Marja” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilir.

 

 Bundan əlavə, məhsulu toplanmış 31,6 min hektar qarğıdalı sahəsindən 202,0 min ton məhsul toplanmış, hər hektardan orta hesabla 64,0 sentner qarğıdalı dəni götürülmüşdür. Qarğıdalı dəni nəzərə alınmaqla ölkə üzrə taxıl istehsalı 3259,7 min ton olmuşdur.

 

Məhsul yığımı başlanandan noyabr ayının 1-dək sahələrdən 1 milyon 390,2 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 5,6 faiz çox tərəvəz, 885,5 min ton (keçən ilki qədər) kartof, 401,6 min ton (8,2 faiz az) bostan məhsulları toplanmışdır. Eyni zamanda, hektarın orta məhsuldarlığı tərəvəz üzrə 11 sentner, bostan məhsulları üzrə 5 sentner artmış, kartof üzrə isə 2 sentner azalmış və uyğun olaraq 202, 192 və 149 sentner olmuşdur.

 

ONLAYN SİFARİŞ ET, KREDİTİ 3% ENDİRİMLƏ  AL!

 

2018-ci ildə 132,5 min hektar sahədə pambıq, 11,6 min hektar sahədə dən üçün günəbaxan, 8,6 min hektar sahədə şəkər çuğunduru və 3,4 min hektar sahədə tütün əkilmişdir. Noyabrın 1-i vəziyyətinə həmin sahələrdən 188,0 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 21,8 faiz çox pambıq, 24,1 min ton (19,4 faiz az) dən üçün günəbaxan, 271,7 min ton (1,5 faiz az) şəkər çuğunduru və 4,8 min ton (6,6 faiz çox) tütün yığılmışdır.

 

Hesabat dövrünə 804,1 min ton (11,7 faiz çox) meyvə və giləmeyvə, 146,3 min ton (7,8 faiz çox) üzüm, 845,2 ton (20,2 faiz çox) yaşıl çay yarpağı toplanmışdır.

17.11.2018 08:58

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ