Maliyyə üzrə analitik tələb olunur - VAKANSİYA

“Mətanət A” şirkəti  Maliyyə üzrə Analitik vakansiyasını elan edir

 

İşin təsviri:

 

-Şirkətin fəaliyyətini təhlil edir;

-İnvestisiya qərarlarının qəbulu zamanı gələcəkdə istifadə məqsədilə iqtisadi şəraitin  proqnozlaşdırılması, gələcək gəlir və xərclərin hesablanması üçün maliyyə məlumatlarını  təhlil edir;

-Müqavilələrin bağlanılmasının məqsəd yönlülüyünü təhlil edir;

-İqtisadi, hüquqi və sahəvi məlumatları, həmçinin şirkətin maliyyə hesabatları və maliyyə  üzrə dövri məlumatı toplayır;

-Maliyyə göstəricilərini hesablayır;

-Maliyyə tədqiqatlarını həyata keçirir;

-Maliyyə riskinin səviyyəsini qiymətləndirir;

-İnvestisiyalaşma və alqı – satqı əməliyyatlarının vaxtı haqqında zəmanət verir;

-Maliyyə hesabatını hazırlayır;

-Dəyərin qiymətləndirilməsinin statistik metodlarından istifadə edir.

 

İş şəraiti:

 

-İş saatı: 09-00-dan 18-00-dək;

-İstirahət: Şənbə və  bazar günü;

 

Əmək haqqı:

 

-Razılaşma yolu ilə;

 

Tələblər:

 

-Təhsil: Ali (İqtisadi)-Xaricdə təhsil alanalara üstünlük verilir;

-İş təcrübəsi:3-5 il iş təcrübəsi;

-Yaş həddi:30-45 yaş;

-Dil bilikləri: Azərbaycan, Rus və İngilis dili

-Kompüter bilikləri: 1C Proqramını və MS Office yaxşı səviyyədə bilməsi

Şəxsi keyfiyyətləri:

-İşə planlı yanaşmaq bacarığı;

-Yüksək ünsiyyət bacarığı;

-Nitq mədəniyyəti;

-Təmkinlilik, etibarlılıq, özünə inamlı;

-Səliqəli, təşkilatçı, operativ çalısan, bacarıqlı.

 

Qeyd

 

-İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;

-Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar   olunan şəxslər işə götürülmürlər;

-Bu sahələr üçün ANKET FORMASI-nı doldurub [email protected] ünvanına göndərin

19 Noyabr 2018 , 10:16   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin