Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Azərbaycan Gürcüstanın ticarət tərəfdaşları arasında dördüncü yerə düşüb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan Gürcüstanın ticarət tərəfdaşları arasında dördüncü yerə düşüb

Cari ilin yanvar-oktyabr aylarında Gürcüstan ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 835 milyon 782,8 min ABŞ dolları təşkil edib. Hesabat dövründə Azərbaycanın qonşu ölkənin ümumi ticarət dövriyyəsindəki payı 8,1 faiz olub.

 

Bu göstərici ilə Azərbaycan Gürcüstanın xarici ticarət tərəfdaşları sırasında 4-cü yerdədir (Bir neçə il əvvəl 2-ci yerdə idi). Gürcüstan Milli Statistika Xidmətinin məlumatında bildirilir ki, hesabat dövründə Gürcüstan Azərbaycandan 449 milyon 789,4 min dollar dəyərində məhsul idxal edib. Bu da illik müqayisədə 8,6 faiz çoxdur. Azərbaycan Gürcüstanın ümumi idxalında 6 faiz paya sahib olub.

 

Cari ilin 10 ayında Gürcüstandan Azərbaycana 385 milyon 993,3 min dollar məbləğində mal ixrac olunub.

 

Yanvar-oktyabr aylarında Gürcüstanın ən çox ticarət dövriyyəsi Türkiyə, Rusiya və Çin ilə olub. İlin yanvar-oktyabr ayları ərzində Gürcüstanın ümumi xarici ticarət dövriyyəsi 10 milyard 305,9 milyon dollar təşkil edib.

 

YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!

 

© Azərtac

20.11.2018 05:18

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ