Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

PAŞA Bank yeni əməliyyat platformasını istismara verdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
PAŞA Bank yeni əməliyyat platformasını istismara verdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın aparıcı kommersiya bankı olan PAŞA Bank dövlət orqanlarının göstərdiyi xidmət ödəniş kanallarını təmin edən yeni əməliyyat platformasını istismara verib. Bu barədə Bankdan "Marja"ya bildirilib.

 

Reklam_3_11

Bu vasitə ilə PAŞA Bank korporativ müştəriləri üçün ödəniş terminalları və internet-platformaları vasitəsilə (vergi, cərimə, rüsumlar və s. səpkidə) müxtəlif büdcə ödənişlərini  həyata keçirmək imkanını yaradır. Yeni əməliyyat platforması çoxfunksiyalı “ASAN Pay” sisteminə bağlı rejimdə fəaliyyət göstərir.

 

PAŞA Bankın İdarə Heyətinin üzvü, Baş Əməliyyat inzibatçısı Cəlal Orucovun sözlərinə görə, nağdsız ödənişlər həcminin artırılması istiqamətində dövlət səviyyəsində gerçəkləşdirilən təşəbbüsləri fəal dəstəkləyən PAŞA Bank bu sahənin ölkə miqyasında lideri kimi qəbul edilir.

 

ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET

 

“ASAN Pay” sisteminə inteqrasiya edilmiş əməliyyat platformasının müvəffəqiyyətlə istismara verilməsi bizə büdcə borcları üzrə ödənişləri qəbul etmək vasitələrini genişləndirmək və PAŞA Bankın müştərilərini yeni və rahat ödəniş aləti ilə təmin etmək imkanını yaradır. 2018-2020-ci illəri əhatə edən strateji dövr çərçivəsində PAŞA Bank səylərini müştəriləri üçün rahatlıq təminatı olan müasir və qabaqcıl texnologiyaların tətbiqi üzərində cəmləşdirməyə davam edəcək” – deyə C. Orucov bildirmişdir.

20.11.2018 08:06

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ