Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

"Təmir müddətində 70 min ton Aİ-92 benzini idxal edilib"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Təmir müddətində 70 min ton Aİ-92 benzini idxal edilib"

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu planlaşdırılmış illik təmirə dayandığı müddət ərzində 70 min ton Aİ-92 markalı benzin idxal edilib.

 

Bunu  açıqlamasında SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

 

SOCAR rəsmisi qeyd edib ki, bu həcmin 40 min tonu Rusiyadan idxal edilib: “30 min ton Aİ-92 markalı benzin isə Avropadan Kulevi terminalı vasitəsilə ölkəyə gətirilib”.

 

İ. Əhmədov bildirib ki, zavodda artıq planlaşdırılmış təmir işləri yekunlaşıb və bütün qurğular işə salınıb.

 

O, zavodun modernizasiya və yenidənqurma layihəsindən də danışaraq qeyd edib ki, artıq yaxın zamanlarda yeni Bitum Qurğusu  istifadəyə veriləcək: “Artıq bu qurğunun da açılışına hazırlıq işləri görülür”.

 

Qeyd edək ki, bu ilin oktyabrın əvvəlində Heydər Əliyev adına Neft Emalı Zavodu planlaşdırılmış illik təmirə dayandırılmışdı. Prosedurlara uyğun olaraq ildə bir dəfə bütün neft emalı zavodlarında sazlama işləri aparılır. Həmçinin Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda da hər il qrafik üzrə bu sazlama işləri həyata keçirilib. 

 

Bildirək ki, Heydər Əliyev adına Neft Emalı Zavodunda modernizasiya və yenidənqurma layihəsinə 2015-ci ildən başlanılıb.

 

NEZ-də yenidənqurma işlərinin 3 mərhələdə həyata keçirilməsi nəzərdə tutulub:

 

I mərhələ üzrə 2018-ci ilin sentyabr ayında yeni bitum qurğusu və müvafiq ümumi zavod təsərrüfatı qurğularının, eləcə də yeni maye-qaz doldurma məntəqəsinin tikilib istismara verilməsi;

 

II mərhələdə 2020-ci ilin sonunadək “Euro-5” keyfiyyət standartına cavab verən dizel yanacağının alınması üçün yeni qurğuların inşası və müvafiq yenidənqurma işlərinin icrası;

 

Son mərhələdə isə 2021-ci ildə “Euro-5” keyfiyyət standartına cavab verən Ai-92/95/98 benzin məhsullarının istehsalı üçün müvafiq yeni qurğuların inşası və yenidən qurulması işlərinin aparılması.

 

Aparılacaq işlər nəticəsində istehsal olunan benzin və dizel yanacağının keyfiyyət göstəriciləri “Euro-5” standartına cavab verəcək, həmçinin bazarın tələbatına uyğun olaraq zavodda Ai-92/95/98 benzin markalarının istehsalı təmin ediləcək. 

 

ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET

 

© Report

20.11.2018 10:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ