Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Məcəllədə edilən dəyişikliklər əhalinin kreditə çıxış imkanlarının genişləndirilməsinə də yol açacaq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Məcəllədə edilən dəyişikliklər əhalinin kreditə çıxış imkanlarının genişləndirilməsinə də yol  açacaq"

Noyabrın 20-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib. 


"Marja" Milli Məclisin Mətbuat  xidmətinə istinadən xəbər veri ki, Komitə sədri Ziyad Səmədzadə iclasın gündəliyi barədə məlumat verdikdən sonra Vergi Məcəlləsinə ediləcək dəyişiklikləri şərh edib. O, bildirib ki, burada əsas amil ölkə iqtisadiyyatında şəffaflığın gücləndirilməsi, korrupsiyaya qarşı mübarizənin genişləndirilməsidir.  Bu  dəyişikliklər  dövlət büdcəsinin stabil  artımını təmin edəcək. 

Reklam_3_11


İclasda iştirak edən vergilər naziri Mikayıl Cabbarov Vergi Məcəlləsində dəyişikliklərin əsas istiqaməti və mahiyyəti barədə ətraflı danışdı. Qeyd edildi ki, dəyişikliklər beş əsas istiqaməti əhatə edir. Yeniliklər  əsasən sahibkarlığın inkişafının dəstəklənməsini, “kölgə” iqtisadiyyatının azaldılmasını, olkədə iqtisadiyyatın şəffaflaşdırılmasını, vergitutma bazasının genişləndirilməsini, vergi güzəştlərinin tətbiqi ilə iqtisadi sənayenin yüksəldilməsini və vergi inzibatçılığının təkmilləşdirilməsini özündə  ehtiva  edir. Nazir  görülən işlərin əhalinin sosial müdafiəsinə, pensiya təminatının və pensiya sisteminin maliyyə dayanıqlığının gücləndirilməsinə yönəldiyini  diqqətə çatdırdı. Bildirildi ki, Məcəllədə edilən dəyişikliklər əhalinin kreditə çıxış imkanlarının genişləndirilməsinə də yol  açacaq. 


Mikayıl Cabbarov onu da qeyd  etdi ki, ölkədə dövlət orqanları ilə vergi ödəyiciləri arasında ünsiyyətin minimuma endirilməsi planlaşdırılır. Bu, vergi orqanlarının bu sahədə səlahiyyətlərinin və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlıdır. Dövlət orqanları ilə elektron məlumat mübadiləsinin genişləndirilməsi ölkədə iqtisadi səmərənin daha  da  artırılmasında və sui-istifadə hallarının azaldılmasında  faydalı olacaq.

 

Bildirilib ki, ölkədə sərbəst biznes mühitinin təkmilləşdirilməsi hər zaman diqqət mərkəzindədir. Sadələşdirilmiş vergi ödəyicilərinin sayı 2013-cü ildən bu günə qədər 1,5 dəfə artıb və onların vergi ödəyicilərinin aktiv sayında payı 56 faizə yaxındır. Nazir atılacaq addımların fayda verəcəyinə və şəffaflığın artırılması sayəsində vergitutma bazasının genişlənəcəyinə inamını ifadə edib.  Məcəllədə  edilən dəyişikliklərdə, pərakəndə ticarət və nəğdsiz ödənişlər üzrə post terminallar vasitəsilə müddətli vergi güzəştlərinin verilməsi, lisenziya tələb edən fəaliyyət növü ilə məşğul olan, zərgərlik məhsullarının, topdansatış ticarət fəaliyyəti həyata keçirən digər şəxslərin gəlir və xərclərinin uçotunun aparılması hallarının  da  əksini tapdığı  vurğulandı. 


YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!

 

Deputatlardan Vahid Əhmədov, Tahir Mirkişili, Cavid Qurbanov, Əli Məsimli, Xanhüseyn Kazımlı  Vergi  Məcəlləsinə  edilən  dəyişikliklər  barədə fikir və təkliflərini bildiriblər.


Sonra “Büdcə sistemi haqqında”, “Dövlət borcu haqqında”, “Sığorta fəaliyyəti haqqında”  qanun layihələrində  edilən  dəyişikliklər  nəzərdən  keçirilib. Sənədlərlə əlaqədar  məlumat  verən  maliyyə  nazirinin müavini Azər  Bayramov makroiqtisadi birliyin təmin edilməsi istiqamətindəki islahatlardan  danışıb.   

21.11.2018 05:25

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ