Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Bank Respublika" futbol klubuna sponsor oldu - MÜQAVİLƏ İMZALANDI

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bank Respublika" futbol klubuna sponsor oldu - MÜQAVİLƏ İMZALANDI
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu gün ölkənin aparıcı banklarından biri sayılan "Bank Respublika" ilə Azərbaycan futbolunun gənc komandalarından biri olan "Sabah" Futbol Klubu (FK) arasında sponsorluq və əməkdaşlıq haqqında müqavilə imzalanıb.

 

"Marja" xəbər verir ki, müqaviləni "Bank Respublika"nın İdarə Heyətinin Sədr müavini Elnur Həsənov və "Sabah" FK-nın Prezidenti Maqsud Adığözəlov imzalayıb.

 

Müqaviləyə əsasən, "Sabah" FK-nın Topaz Premyer Liqasında mübarizə aparan əsas və I Divizionda yarışan əvəzedicilərdən ibarət komandaları 2018/19 mövsümünün qalan müddətində üzərində "Bank Respublika" yazılan formalarda çıxış edəcəklər. Bundan başqa, bu müddətdə Bank, klubun ev oyunlarını keçirdiyi "Əlincə Arena" stadionunda özünün reklam materiallarının yerləşdirilməsində müstəsna hüquqlara malik olacaq.

 

"Bank Respublika" ASC-nin İdarə Heyətinin sədr müavini Elnur Həsənov Bankın sosial məsuliyyət layihələrində idmana dəstəyin mühüm yer tutduğunu və layihənin əsas məqsədinin gənc və yeniyetmələri futbola cəlb etməklə futbolun kütləviliyinin artırmaq və gəncləri sağlam həyata yönləndirmək olduğunu bildirib.

 

Qeyd edək ki, artıq şənbə günü klub "Bank Respublika" yazılı forması ilə ilk oyununu "Qarabağ" klubuna qarşı keçirəcək. 

23.11.2018 10:45

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ