Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“MilliKart” 16 ölkədə fəaliyyət göstərən təhsil şirkətilə memorandum imzalayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“MilliKart” 16 ölkədə fəaliyyət göstərən təhsil şirkətilə memorandum imzalayıb

İnformasiya texnologiyaları və bankçılıq sektorunda fəaliyyət göstərən “MilliKart” şirkətilə “STEP IT Academy” arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

 

Reklam_3_11

“MilliKart”dan "Marja"ya daxil olmuş məlumatda bildirilir ki, imzalanan memorandum informasiya texnologiyaları sahəsində təhsilin inkişafı, sözügedən müxtəlif proqramların icrası, elm, təhsilə bağlı müxtəlif layihələrə dəstəyin verilməsi və bu sahənin geniş ictimaiyyət arasında birgə tanıtımını nəzərdə tutur.

 

“MilliKart” banklara, bank olmayan kredit təşkilatlarına, investisiya və sığorta şirkətlərinə, provayderlər və aqreqatorlar kimi maliyyə bazarının iştirakçılarına, həmçinin prosessinq texnologiyalarına əsaslanan həllərə ehtiyacı olan bazarın bütün iştirakçılarına geniş çeşidli xidmət göstərən Azərbaycanın ən böyük prosessinq strukturlarından biridir.

 

"Qarşılıqlı əməkdaşlıq gənclərin inkişafı üçün yeni imkanlar açacaq və təhsilin irəli aparılmasına şərait yaradacaq. Akademiyanın tələbələri MilliKart şirkətində təcrübə proqramları və iş ilə təmin olma imkanını qazanacaqlar",- məlumatda deyilir.

 

"STEP IT Academy" 1999-cu ildən fəaliyyət göstərir və kompüter təhsili üzrə ixtisaslaşmış beynəlxalq təhsil müəssisəsidir.  Akademiya Azərbaycan da daxil olmaqla dünyanın 16 ölkəsində fəaliyyət göstərir və ümumilikdə 30 min tələbə və 85 min məzuna sahibdir.

23.11.2018 15:26

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ