Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Rusiya, Ukraynanın döyüş gəmilərini vurdu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiya, Ukraynanın döyüş gəmilərini vurdu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ukraynanın Hərbi Dəniz Qüvvələrlər, səhər saatlarında Azov Dənizindəki Kerç Boğazı ətrafında, Rusiyanın döyüş gəmiləri ilə Ukrayna döyüş gəmilərinin qarşı-qarşıya gəldiyini, Rusiyaya aid hərbi gəmilərinin Ukrayna hərbi gəmilərinə atəş açdığını açıqlayıb. Rusiya, Ukrayna gəmilərinin Rusiya sularına girdiyini iddia edir.

 

Reklam_3_11

Gəmilərə açılan atəş nəticəsində 3 nəfər yaralanıb.

 

Qarşıdurma nəticəsində 3 Ukrayna gəmisi ziyan görüb və rotasını itirib. Ukrayna gəmilərinin Rusiya hərbi qüvvələri tərəfindən ələ keçərildiyi məlumatı da verilir. 

 

Ukrayna mətbuatında isə açılan atəş nəticəsində 1 nəfərin öldüyü bildirilir.

 

Ukrayna prezidenti Petro Poroşenko ölkədə 60 günlük hərbi vəziyyətin tətbiq edilməsi ilə bağlı məsələni Ali Radaya göndərib.

 

"112 Ukrayna" xəbər verir ki, bu haqda o, Milli Təhlükəsizlik Şurasının iclasının gedişatında bildirib.

 

Poroşenko Ali Baş Komandan kimi hərbi vəziyyəti bəyənmək xahişi ilə deputatlara müraciət edib. Prezident söz verib ki, bu rejim əhalinin təcili səfərbərliyini bildirmir, yalnız hərbi mükəlləfiyyətlilərin hazırlığına aiddir.

 

Ukraynanın Milli Təhlükəsizlik Şurasının sədri Aleksandr Turçinovun sözlərinə görə, bir gün əvvəl prezident tərəfindən çağırılmış hərbi kabinet təsdiqləyib ki, Rusiya hərbçilərinin Ukraynanın Hərbi Dəniz Qüvvələrlərinin gəmilərinə hücumu hərbi təcavüz aktından başqa heç nə deyil.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

FTX: Krımda Ukraynanın 3 gəmisi saxlanılıb, xəsarət alanlar var

 

Ukraynanın "Berdyansk", "Nikopol" və "Yanı Kapu" gəmiləri Krımda saxlanılıb.

 

Rusiya mətbuatı xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

 

Bildirilir ki, gəmilər Rusiya dənizçilərinin dərhal dayanma tələbinə məhəl qoymayıblar və bununla yanaşı, təhlükəli manevr ediblər. Onların saxlanılması üçün silahdan istifadə edilib.

 

Əməliyyat zamanı 3 ukraynalı hərbçi yaralanıb. Onlara tibbi yardım göstərilib. Qeyd edilir ki, yaralıların həyatı üçün təhlükə yoxdur. 

26.11.2018 05:29

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ