BP-də işçilərin və azərbaycanlı vitse-prezidentlərin sayı artıb
Azərbaycanda BP-nin işçilərinin 82 nəfər, şirkətdə azərbaycanlı vitse-prezidentlərin sayı isə 2 nəfər artıb.
“Marja” BP-nin yaydığı hesabata istinadən xəbər verir ki, 2016-cı ilin sonuna BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 817 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.
Şirkətin Azərbaycanda ixtisaslı işçilərinin təxminən 87%-ni yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu rəhbər vəzifələrdədir, o cümlədən şirkətin regional rəhbər heyətinin tərkibinə altı azərbaycanlı daxildir ki, onların 3-üvitse-prezident vəzifəsinə 2016-cı ildə təyin olunub.
Qeyd edək ki, 2015-ci ilin axırına BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 735 nəfər olub. Şirkətin Azərbaycanda ixtisaslı daimi işçilərinin təxminən 87%-ni yerli mütəxəssislər təşkil etmişdi ki, bunların da çoxu rəhbər vəzifələr idi, o cümlədən şirkətin regional rəhbər heyətinin tərkibinə dörd azərbaycanlı vitse-prezident daxil idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 saat əvvəl
-
6 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 6 saat əvvəl
-
7 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
7 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
7 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
8 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 8 saat əvvəl