Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Hostel açmaq üçün minimum neçə manat lazımdır? – İş adamından məsləhət

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hostel açmaq üçün minimum neçə manat lazımdır? – İş adamından məsləhət
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bütöv bir hostel mədəniyyəti var. O, turistlər və onları qəbul edən şəxslərin ənənələr və yazılmamış qanunlarla qarşılıq fəaliyyətindən ibarətdir. 

 

Bununla bağlı müsahibəsində Bakıdakı “Zion Hostel”in sahibi Emin danışıb. 

 

“Bütün gözəllik ondadır ki, hostel sahibləri qonaqlar üçün ev rahatlığı və təbii şərait yaradır. Turistlər ümumi zala yığışa, kofe içə, müxtəlif oyunlar oynaya və söhbət edə bilərlər”, - Emin deyib. 

 

O əlavə edib ki, hostelin açılması üçün ilkin kapital birbaşa layihədən asılıdır. 

 

“Misal üçün, bizdə hostelin rəsmiləşdirilməsi üçün köməkçi vasitələrdən istifadə fikri vardı. Bütün mebellər əllə hazırlanıb. Bununla vəsaitə qənaət etdik, ancaq vaxtımız və əməyimiz üçün çox getdi”, - Emin bildirib. 

 

Onun sözlərinə görə, hostel açmaq üçün minimum 20 min manat lazımdır. 

 

Hosteldə qalmaq dəyərinə gəlincə isə, Emin deyib ki, hazırda ən ucuz qiymət 15 manatdır. 

 

O qeyd edib ki, bütün fəaliyyət göstərənlər üçün bir qayda var - axşam saat 10-dan sonra səs salmaq olmaz. 

 

“Hostelimiz köhnə çoxmənzilli evdə yerləşir və bizim qonşularımız var. Qeyd edim ki, biz yalnız əcnəbiləri qəbul edirik. Hətta onlara müvafiq şəraitdə müxtəlif ölkələrdən müxtəlif millətlərdən olan insanları görmək maraqlıdır.

 

Bütün dünyadan qonaqlarımız olur. Yaz və payızda əsasən MDB ölkələrindən, yayda Avropadan, xüsusən də Almaniya, İngiltərə, Polşa və başqa ölkələrdən gələnlər olur. Amerikadan gələn turistlər də olur”, - hostel sahibi bildirib.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Media

26.11.2018 12:05

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ