Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“Palata valyuta bazarında baş verənləri araşdırmalıdır”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Palata valyuta bazarında baş verənləri araşdırmalıdır”

 

"Milli valyutanın məzənnəsində qısa müddətli kəskin dəyişmələr bır sira bankların izafi gəlir əldə etməsinə səbəb oldu"

Reklam_3_11

 

Maliyyə Bazarlarına Nəzarət Palatasının bu ayın əvvəllərində manatın məzənnəsinin qısa müddətdə kəskin möhkəmlənməsi və yenidən gözlənildiyi kimi dolların bahalaşması ilə müşahidə edilən əks-prosesin başlaması səbəblərini araşdırmasına ehtiyac var. "Marja" xəbər verir ki, bunu tanınmış iqtisadçı ekspert Vüqar Bayramov bildirib.

 

“Əksər inkişaf etmiş ölkələrdə belə hallar baş verən zaman maliyyə bazarına məsul olan dövlət qurumu spekulyativ müdaxilələrin olub-olmamasını araşdırır. Belə müdaxilələrin olduğu təsdiq olunan zaman bu işdə maraqlı olan bankların lisenziyalarının ləğvi daxil olmaqla, xeyili kəskin cəzalar müəyyənləşdirilir.

 

Milli valyutanın məzənnəsində qısa müddətli kəskin dəyişmələr bır sira bankların izafi gəlir əldə etməsinə səbəb oldu. Belə kəskin dəyişmələr nə vətəndaşlar, nə də biznes üçün əlverişlidir. Biznes üçün stabil valyuta rejimi çox əhəmiyyətlidir. Buna görə də, Palata tərəfindən bu ay valyuta bazarında baş verənlərin araşdırılması üçün xüsusi kommisiyanın yaradılmasına və iki-tərəfli kəskin dəyişikliklərin səbəbləri və bunda maraqlı olan banklar və tərəflərin müəyyənləşdirilməsinə ehtiyac var. Bu həmçinin gələcəkdə yeni spekulyativ müdaxilələrin qarşısının alınması baxımdan vacibdir",- iqtisadçı bildirib.

21.02.2017 14:25

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ