Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

"Ölüm riski var, amma Marsa uçacağam"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Ölüm riski var, amma Marsa uçacağam"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Amerikalı sahibkar Elon Musk, yeddi il ərzində Marsa uça biləcəyini deyib.
 

"Marja" xəbər verir ki, "Axios"a müsahibə verən Musk, Marsa getməsi ehtimalının 70% olduğunu deyib. 7 il ərzində belə bir səfərin mümkün olacağını bildirən Musk, Mars biletlərinin bir neçə yüz min dollar olacağını söyləyib.
 

Reklam_3_11

Marsa səfərin ölümcül ola biləcəyinin fərqində olduğunu bildirən Musk, "Marsda ölmək ehtimalınız Dünyada ölmək ehtimalınızdan daha yüksəkdir. Çətin olacaq. Ölüm ehtimalı yüksəkdir, kosmosun dərinliklərinə enmə ehtimalı aşağıdır" ifadələrini istifadə edib.
 

Marsa eniş edər-etməz sürətli bir şəkildə bir baza inşa edilməsi lazım olduğunu bildirən Musk, "Kef üçün vaxt yoxdur. Bunu etdikdən sonra belə çətin bir ətraf mühit olacaq. Bu səbəbdən ölüm ehtimalı yüksək olacaq. Biz geri qayıda biləcəyinizi düşünürük, amma bundan əmin deyilik" ifadələrini istifadə edib.
 

Marsa səyahət üçün keçiriləcək reklam haqqında da danışan Musk, bu reklamın Shackleton-ın Antarktida reklamına bənzəməsi lazım olduğunu söyləyib.
 

1914-cü ildə Cənub Qütbünə səfərə çıxan Ernest Shackleton, "The Times"a bir reklam vermiş, reklamda "Aşağı maaş, amansız bir soyuq, tamamilə qaranlıqda uzun aylar, daim təhlükə, qayıtmamaq təhlükəsi və uğur vəziyyətində qazanılacaq şərəf qarşılığında təhlükəli səyahətə çıxacaq adamlar axtarılır" ifadələri yer almışdı.

27.11.2018 07:05

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ