Belarusda “Azərbaycan Ticarət Evi” qeydiyyata alınıb
Belarusda “Azərbaycan Ticarət Evi” qeydiyyata alınıb.
İqtisadiyyat Nazirliyindən bildirilib ki, dövlət başçısının tapşırığına uyğun olaraq, Azərbaycan məhsullarının ixracının dəstəklənməsi, xarici bazarların araşdırılması, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi sahəsində həyata keçirilən kompleks dövlət dəstəyi tədbirlərinin davamı olaraq, Belarus Respublikasının paytaxtı Minskdə ilk “Azərbaycan Ticarət Evi”nin təşkili işləri davam etdirilir. Ticarət Evinin idarə olunması məqsədilə artıq Belarusda “Azərbaycan Ticarət Evi” MMC yaradılıb və 2017-ci il fevralın 20-də Minsk Şəhər İcraiyyə Komitəsi tərəfindən qeydiyyata alınıb.
Ticarət Evi Azərbaycan məhsullarının “Made in Azerbaijan” brendi altında Belarus bazarında təşviqi, marketinq araşdırmalarının aparılması, sərgilərdə vahid Azərbaycan stendi ilə iştirak, potensial alıcıların müəyyən edilməsi və əlaqələrin qurulması, Belarus qanunvericiliyi ilə tələb olunan icazə xarakterli sənədlərin (lisenziya və kvotaların) alınması, Belarus bazarına məhsul ixracı və satışında iş adamlarını yaxından dəstəkləyəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 8 saat əvvəl
-
11 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 11 saat əvvəl
-
11 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
12 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
12 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
13 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 13 saat əvvəl