"73 manat sosial müavinət alan şəxslərin aylıq gəliri 122 manata yüksələcək"
“Növbəti ildən pensiyaya çıxacaq şəxslərə 25 il stajın verilməsi onların böyük bir əksəriyyətində pensiya təminatının yaranmasına imkan yaradacaq.
Gələn il 122 manatdan az pensiya alan 45 min nəfərin pensiyası 35 faiz artacaq. 73 manat sosial müavinət alan şəxslərin aylıq gəliri isə 122 manata yüksələcək”.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, təqribən 38 min insanın aylıq gəliri 48 faiz, 45 min nəfərin pensiyaları isə 35 faiz artacaq: “Gələn ildən başlayaraq hər il pensiya təminatı avtomatlaşdırılmış şəkildə aparılacaq. Pensiya sahəsində inqilabi bir dəyişiklik olacaq. Bunlar gələn ildən pensiyaya çıxacaq şəxslərə aid olacaq”.
ASAN HESAB AÇ, VALYUTA ALIB-SATMAQLA QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 2 saat əvvəl
-
3 saat əvvəl
Yerli brend kişilərdən ibarət Azərbaycan milli komandasının sponsoru oldu - ANLAŞMA
- 3 saat əvvəl
-
4 saat əvvəl
Qusar meşəsində villa tikmək üçün ağaclar kəsilib? - Rəsmi açıqlama
- 4 saat əvvəl
-
4 saat əvvəl
İyunda Sofiya ilə Bakı arasında birbaşa aviareyslər təşkil ediləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Əliyev və Radev mətbuata bəyanatlarla çıxış ediblər - TAM MƏTN
- 5 saat əvvəl