Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

"Çinar”ın istehsalçısı zərərdədir

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Çinar”ın istehsalçısı zərərdədir

Gəncə – Qənnadı” ATSC 2017-ci ili 83 min 637 min manat zərər ilə başa vurub. Şirkət 2016-cı ili 87 min 441 manat zərər ilə bağlamışdı.

 

“Marja” ATSC-nin maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il “Gəncə – Qənnadı”nın əməliyyat gəliri 2016-cı ildəki 14 min 268 manatdan 17 min 734 manata yüksəlib. Eyni zamanda, 1763 manat sair əməliyyat gəliri əldə olunub. Cəmi 19 min 498 manat gəlirlərə qarşı, ötən il şirkətin xərcləri isə 103 min 136 manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən 83 min 637 min manat zərər yaranıb.

 

31 Dekabr 2017-ci il tarixində “Gəncə – Qənnadı”  7 milyon 127 min  manat cəmi aktivlərə, 5 milyon 288 min manat cəmi kapitala və 1 milyon 839 min manat cəmi öhdəliklərə malik olub.

 

İqtisadiyyat Nazirliyinin Sənaye Portalında verilən məlumata görə, “Gəncə Qənnadı” Açıq Səhmdar Cəmiyyəti pomadalı konfetlər, vafli əsaslı şokoladlı konfetlər, vaflilər, peçenye, pryanik, karamel, marmelad, “Çinar” konfetləri və s. istehsal edir.  “Gəncə Qənnadı” ASC-də istehsal edilən qənnadı məhsulları Türkiyə və Almaniyanın “Nagema” şirkətlərinin istehsalı olan avadanlıqlar vasitəsilə emal olunur. Müəssisəsnin məhsulları Gürcüstan və Rusiyaya ixrac olunur.  Müəssisədə çalışan işçilərin sayı 180 nəfərdir.

 

180 nəfər işçisi olan və  məhsullarını xaricə ixrac edən bir müəssisənin 20 min manatdan az əməliyyat gəliri əldə etməsi inandırıcı deyil.

 

Bir vaxtlar "Çinar” şokoladlarının şöhrəti bütün SSRİ-ni bürümüşdü. Bu məşhur Azərbaycan brendi  "Gəncə-Qənnadı” fabrikinə məxsusdur.

28.11.2018 03:43

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ