Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“PMD Projects” yerli şirkətlər üçün “Satınalmalar Seminarı” təşkil etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
“PMD Projects” yerli şirkətlər üçün “Satınalmalar Seminarı” təşkil etdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

26 noyabr tarixində Boulevard Hotel-də “PMD Projects” MMC-nin təşkilatçılığı ilə 100-dən çox yerli şirkətin iştirak etdiyi “Satınalmalar Seminarı” keçirilmişdir.

 

PMD Projects” MMC daxili bazarda fəaliyyət göstərən səriştəli şirkətlərlə əməkdaşlığını gücləndirmək, həyata keçirdiyi tikinti, təmir-bərpa işləri üzrə layihələrə yeni şirkətləri cəlb etmək və ümumiyyətlə, “PMD Projects” MMC haqqında, onunla əməkdaşlığın yolları, mövcud satınalma qaydaları barədə ətraflı məlumat vermək məqsədilə artıq ikinci dəfədir ki, bu seminarı təşkil edir.

 

Tədbiri giriş sözü ilə “PMD Projects” MMC-nin direktoru Dəyanət Sədullayev açaraq şirkətin fəaliyyəti, həyata keçirilən işlər, sözügedən seminarın məqsədi barədə məlumat verdi. Bildirildi ki, mövcud və gələcək layihələrin icrası prosesində uyğun səriştəsi olan istənilən yerli şirkət “PMD Projects” MMC tərəfindən tam şəffaf şəraitdə təşkil olunan satınalmalarda iştirak etməyə dəvətlidir.

 

Daha sonra “PMD Projects” MMC-nin Təchizat üzrə direktor Tural Vəzirov geniş təqdimatla çıxış edərək şirkət tərəfindən ötən dövrdə icra olunmuş, hal-hazırda icrası davam edən və yaxın gələcəkdə icrası nəzərdə tutulan layihələr, eləcə də şirkətin satınalma qaydaları, tender prosesləri haqqında geniş məlumat verdi. Təqdimat bitdikdən sonra tədbir iştirakçılarının sualları cavablandırıldı.

 

Tədbirin sonunda isə “PAŞA Bank”-ın nümayəndələri tərəfindən korporativ müştərilər üçün nəzərdə tutulan korporativ kreditləşmə, faktorinq xidmətləri və bank zəmanətləri kimi bank məhsullarına dair ətraflı məlumatlar tədbir iştirakçılarına təqdim olundu.

 

Ümumiyyətlə qeyd edək ki, hal-hazırda icra olunan və gələcəkdə icrası nəzərdə tutulan layihələrdə mülki tikinti (dəmir-beton), mexanik və elektrik sistemlərinin təchizi və quraşdırılması, daxili bəzək işlərinin yerinə yetirilməsi ilə əlaqədar yerli bazarın ixtisaslı şirkətləri “PMD Projects” MMC-nin satınalmalar departamentinin e-mail ünvanına ([email protected]) özləri haqqında qısa məlumat göndərməklə, həmçinin, 012 505 04 00 telefon nömrəsi ilə əlaqə saxlamaqla təchizatçılar siyahısına qatılıb, növbəti layihələrdə iştirak niyyətlərini bildirə bilərlər. Həmçinin, şirkətə dair daha ətraflı məlumatı www.pmdprojects.az internet səhifəsindən əldə etmək mümkündür.

28.11.2018 06:40

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ