Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Daş karxanalarının fəaliyyəti dayandırıldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Daş karxanalarının fəaliyyəti dayandırıldı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Ölkəmizdə torpaq sahələrinin istifadəsiz saxlanması, özbaşına zəbtetmə halları aradan qaldırılır. Belə torpaqlarda təyinatına zidd olaraq və sənədsiz tikintilərin aparılmasının və torpaqların üst münbit qatının korlanmasının qarşısı alınır. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aparılan monitorinqlərin davamı daş karxanalarında olub".

 

Bu, Əmlak Məsələləri Dövlət Komitəsindən "Marja"ya daxil olmuş məlumatda deyilir.

 

Monitorinq zamanı məlum olub ki, müvafiq qurumlar tərəfindən ayrı-ayrı vaxtlarda karxana fəaliyyəti üçün qeyri-qanuni olaraq torpaq sahələri ayrılıb. Karxanalar tərəfindən həmin torpaq sahələrinin məqsədli təyinatı özbaşına dəyişdirilərək mişar daşı istehsal olunur. Baş vermiş qanun pozuntusu hallarına görə inzibati protokollar yazılıb, torpaq sahəsinin özbaşına zəbt olunması halları olduğundan tərtib olunmuş sənədlər hüquq mühafizə orqanlarına göndərilib.

 

Bundan başqa Abşeron rayonu ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yaradılmış 14 karxananın fəaliyyətində də pozuntu halları aşkar olunub, xəbərdarlıq edilərək işlər dayandırılıb.

 

"Belə karxanaların fəaliyyəti nəticəsində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin üst münbit qatı korlanır, kənd təsərrüfatına yararlı torpaq sahələri əkin dövriyyəsindən çıxarılır, onların əvvəlki təyinatı üzrə istifadəsi qeyri-mümkün olur. Belə torpaqların rekultivasiya (bərpa) edilərək əvvəlki vəziyyətinə gətirilməsi böyük vəsaitlər tələb etdiyindən dövlətə və vətəndaşlara, həmçinin kənd təsərrüfatının inkişafına ciddi ziyan dəyir.

 

Qeyd edilməlidir ki, cari ildə respublikada mövcud olan 588 daş, qum-çınqıl  karxanasından 256-sı tərəfindən torpaq qanunvericiliyinin tələbləri pozulduğuna görə fəaliyyəti dayandırılmışdır. İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən inzibati protokollar 155 karxana barədə yazılaraq cərimə tətbiq olunub. 55 karxanada zəbtolunma halı üzrə sənədlər Daxili İşlər Nazirliyinə göndərilib",- Komitənin məlumatında deyilir.

28.11.2018 07:57

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ