Trump ABŞ-ın texnologiya nəhənglərinin rəhbərləri ilə görüşüb

ABŞ Prezidenti seçilən iş adamı Donald Trump, Amerikanın nəhəng texnologiya şirkətlərinin icraçı direktorları ilə görüşüb.  
 

Görüş Trumpın Nyu-Yorkdakı ofisində keçirilib. Vəzifəsinə 20 Yanvar 2017-ci ildə başlaması gözlənilən Trumpın, ABŞ-ın texnologiya mərkəzi qəbul edilən Kaliforniya əyalətindəki Silikon Vadisi ilə Ağ Ev arasındakı münasibətləri inkişaf etdirməyi qarşısına məqsəd qoyduğu bildirilib.
 
Seçki kampaniyası zamanı, gəlirlərini ABŞ-dan  xaricə köçürən Amerikalı texnologiya şirkətlərini tənqid edən Trump, iclasda beynəlxalq ticarət müqavilələrini inkişaf etdirmək və Amerikalı texnologiya şirkətləri üçün ticarəti daha asan hala gətirmək sözü verib.
 
 Amerikalı texnologiya şirkətlərinin CEO-larına işarə edən Trump, "Dünyada sizin kimi heç kim yoxdur. İnnovasiyalara davam etməyinizi istəyirik. Bunun üçün sizin yanınızda olacağıq. Mənə və heyətimə istədiyiniz zaman müraciət edə bilərsiniz",- deyə bildirib.
 
Trump, şəxsi avtomobil sahiblərinin mobil tətbiq vasitəsilə taksicilik etməsinə imkan verən Uber-in İcraçı Direktoru Travis Kalanick ilə kosmos nəqliyyatı şirkəti Spacex və elektrikli avtomobil istehsalçısı Tesla Motors-un təsisçisi və icraçı direktoru Elon Muskın özünə məsləhətçilik edəcəyi məlumatını da verib. 

 
Görüşdə, Elon Musk ilə bərabər Apple-ın icraçı direktoru Tim Kuk, Microsoft-ın  icraçı direktoru Satya Nadella, e-ticarət şirkəti Amazon-un  icraçı direktoru Cef Bezos, Google-ın baş şirkəti Alphabetin icraçı direktoru Larri Peyc, Facebook-ın rəhbəri Sheryl Sandberg, Intel-in İ icraçı direktoru Brayan Krzanich, proqram nəhəngi Oracle-ın rəhbəri Safra Catz, IBM-in  icraçı direktoru Ginni Rometty və şəbəkə texnologiya şirkəti Cisco-nun  icraçı direktoru  Chuck Robbins iştirak edib.

15 Dekabr 2016 , 07:59   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin