Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Hesab.az-ın dəstəyi ilə “Emosional Liderlik” təlimi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hesab.az-ın dəstəyi ilə “Emosional Liderlik” təlimi

(®) Hesab.az-ın dəstəyi ilə “WoWoman Baku” -nun təşkil etdiyi “Emosional Liderlik” təlimi keçirilib.

 

Reklam_3_11

Emosional Liderlik mövzusun mahiyyətini başa düşmək üçün ilk öncə emosional intellektin nə olduğu haqqında danışıldı.Emosional intellekt bizə nəyə görə lazımdır? Biz ondan həyatımızın hansı mərhələsində və necə istifadə etməliyik? kimi suallar təlim ərzində müzakirə olunub. Deməli, emosinal intellekt bizə istər karyera, istərsə də şəxsi həyatımızda emosiyaların nəzarətdə saxlanılmasına, münaqişələrin idarə edilməsinə, özünə inam, motivasiya, komanda işi kimi peşəkar xüsusiyyətlərin inkişaf etdirilməsinə, empatiya quraraq digərlərinin hiss və düşüncələrinin öyrənilməsinə kömək edir.

 

Eyni zamanda təlimdə emosional intellekt bacarığının hansı səviyyədə olması, onu inkişaf etdirəcək texnikalar haqqında danışıldı.

 

Təlimin spikeri Elçin Əzimlidir. Elçin bəy Azərsun Holdinq Təlim və tədris şöbəsinin müdiri, Biznes təlimçi, Beynəlxalq Kouç Federasiyası (ICF) tərəfindən akreditasiya edilmiş peşəkar kouçdur.

 

Təlimin sonunda iştirakçılara Hesab.az və Wowoman tərəfindən sertifikat təqdim olunub.

 

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.

 

2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.

28.11.2018 17:22

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ