Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Avropa bankından "Azərbaycan proqnozları"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avropa bankından "Azərbaycan proqnozları"

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2018-ci ildə orta illik inflyasiyanın 2017-ci ilin yekunları üzrə 12,9%-ə qarşı 3,5%-dək azalmasını proqnozlaşdırır.

 

“2018-ci ilin 9 ayı ərzində iqtisadi artım 0,8% təşkil edib, baxmayaraq ki, qeyri-neft sektorunda artım tepmləri 1%-dək azalıb. İnflyasiya pul-kredit siyasətinin zəifləməsi üçün şərait yaradaraq, 2017-ci ildə 12,9%-dən 2018-ci ilin 9 ayı ərzində 2,6%-dək azalıb. Nəticə olaraq, cari il Mərkəzi Bank (AMB) 2018-ci ilin fevral ayında təkrar maliyyələşdirmə dərəcəsini 15%-dən cari ilin oktyabr ayında 9,75%-dək azaldıb”, - AYİB-nin saytında dərc olunan “Transition Report 2018-19”-da qeyd olunur.

 

Bank qeyd edir ki, beş il ardıcıl olaraq iqtisadiyyata kapital qoyuluşlarının ümumi həcminin azalması müşahidə edilir. Eyni zamanda, bank 2018-ci ilin yanvar-sentyabr aylarında qeyri-neft sektoruna kapital qoyuluşlarında artım olduğunu qeyd edir.

 

“Neftin daha yüksək qiyməti xarici balansların möhkəmlənməsi və milli valyutanın məzənnəsinin stabilləşməsinə imkan yaradır. Cari əməliyyatlar hesabının profisiti artır və 2018-ci ilin yekunları üzrə 2017-ci ildə ÜDM-in 4,1%-nə qarşı ÜDM-in 6,6%-ni təşkil edəcək”, - bank qeyd edir.

 

O cümlədən, bank qeyri-neft malların və xidmətlərin artımı daxil olmaqla, xarici ticarətdə müsbət tendensiyaların olduğunu vurğulayır.

 

Bankın qiymətləndirmələrinə görə, AMB və ARDNF-nin valyuta ehtiyatları tədricən bərpa olunur (2018-ci il sentyabr ayının sonuna 5,5 mlrd. dollar və 39 mlrd. dollar təşkil edir), bu da kifayət qədər likvidlik buferi yaradır.


Azərbaycan hökuməti 2018-ci ilin yekunları üzrə orta illik inflyasiyanı 3,1% səviyyəsində proqnozlaşdırır.

29.11.2018 09:38

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ