Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Karxanaların dayanması "kubik"i bahalaşdırdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Karxanaların dayanması "kubik"i bahalaşdırdı

Əvvəllər Bakıda 25-28 qəpiyə satılan bir mişar daşının qiyməti hazırda 35-40 qəpik arası dəyişir

 

Reklam_3_11

Azərbaycanda müvafiq qaydalara məhəl qoymayan karxanaların bağlanması istiqamətində işlər davam etdirilir. Belə ki, son günlər daha 14 karxana qapadılıb...

 

Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumatda bildirilir ki, son zamanlar torpaq sahələrinin istifadəsiz saxlanması, özbaşına zəbtetmə halları aradan qaldırılır. Komitə tərəfindən aparılan monitorinqlərin davamı daş karxanalarında olub. Monitorinq zamanı məlum olub ki, müvafiq qurumlar tərəfindən ayrı-ayrı vaxtlarda karxana fəaliyyəti üçün qeyri-qanuni olaraq torpaq sahələri ayrılıb: “Karxanalar tərəfindən həmin torpaq sahələrinin məqsədli təyinatı özbaşına dəyişdirilərək mişar daşı istehsal olunur. Baş vermiş qanun pozuntusu hallarına görə inzibati protokollar yazılıb, torpaq sahəsinin özbaşına zəbt olunması halları olduğundan tərtib olunmuş sənədlər hüquq-mühafizə orqanlarına göndərilib.
 

Bundan başqa, Abşeron rayonu ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yaradılmış 14 karxananın fəaliyyətində də pozuntu halları aşkar olunub, xəbərdarlıq edilərək işlər dayandırılıb".

 

Bütün bu işlərin fonunda cari ildə respublikada mövcud olan 588 daş, qum-çınqıl karxanasından 256-sı tərəfindən torpaq qanunvericiliyinin tələbləri pozulduğuna görə fəaliyyəti dayandırılıb. İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən inzibati protokollar 155 karxana barədə yazılaraq cərimə tətbiq olunub. 55 karxanada zəbtolunma halı üzrə sənədlər Daxili İşlər Nazirliyinə göndərilib.

 

Yada salaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi də Bakıda fəaliyyət göstərən bəzi karxanaları ilə bağlı tədbirlər görür. Belə ki, nazirlikdən bildirilir ki, xüsusilə də yay aylarında Bakı şəhərinin üzərini alan toz-dumanının səbəbi məhz bu karxanalardır. Nazirlik tərəfindən verilən məlumata görə, həmin karxanalar müasir qurğulardan istifadə etmədikləri üçün ətraf mühiti, atmosferi çirkləndirirlər. Nazirlik tərəfindən karxanalara lazımi avadanlıqları almaları üçün xəbərdarlıqlar hələ bir neçə ay öncədən edilib.

 

Bəs bütün bu proseslər tikinti işlərinə və kubikin qiymətinə necə təsir edəcək?

 

Bakı Tikinti İdarəsinin rəisi vəzifəsində çalışmış, ekspert Əzim Məsimov bildirib ki, vaxtilə Abşeron yarımadasında bir neçə karxana fəaliyyət göstərirdi: “Onlar Qaradağ, Göygöz, Qızıldaş, bir də Zirə daş karxanası idi. Hazırda bu karxanalar özəlləşdirilib. Eyni zamanda mövcud vəziyyətdə aidiyyəti oldu-olmadı çox adam istəyir ki, daş kəsməklə məşğul olsun. Hazırda ictimaiyyətdə tanınan bir neçə məşhur adamın daş karxanası var. Bu qədər abstrakt münasibət göstərmək də olmaz. Bu sahə Abşeronun qədimdən qalmış həm sənəti, həm də sərvətidir. Ona görə də hər kəsin harada, necə gəldi daş kəsməsinə yol vermək olmazdı. Lakin vaxtında yol veriblər və belə vəziyyət yaranıb. Hazırda qəfildən prosesi dayandırıb, karxanaları da bağlayırlar. Bəs tikinti necə olacaq? Ona görə də bu cür formada deyil, koordinasiya edilmiş şəkildə hərəkət etmək lazımdır. Bu dəqiqə tikintidə müəyyən çökmə var, tikinti azalıb. Lakin bu, o demək deyil ki, Bakıda tikinti aparılmır. Paytaxt ərazisində söküləsi və yenidən tikilməli olan xeyli yerlər var. Ona görə də bu məsələ əsaslandırılmış, gələcəyi nəzərə alınaraq, düşünülmüş qərarlarla həll edilməlidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi düz yoldadır. Ancaq bunun üçün müəyyən qərarlar da qəbul edilməli, yığcam ərazilər müəyyənləşməlidir. Həmçinin bəlli bir texniki səviyyəyə uyğun formada işlər həyata keçirilməlidir”.

 

Ə. Məsimov bildirib ki, bu işdə texnika da spesifik formadadır: “Bakıda bu texnikanın istehsalı prosesi gedirdi. Lakin sonradan həmin texnikanın istehsalı ilə məşğul olan zavod da bağlanıb, görünür, heç bu işi görə bilən mütəxəssis də yoxdur. Məlumat yayırlar ki, texnika köhnəlib, yenisi lazımdır. Lakin qeyd etdiyimiz kimi, respublikada belə bir istehsal yoxdur. Daş karxanalarında bu gün işlədilən texnika, xüsusi olaraq Abşeron şəraitinə uyğun formada qurulub. Ona görə də bugünkü texnikanın üzərində iş aparıb, onu müasir formaya salmaq lazımdır. Başqa yol yoxdur. Almaniya və digər Avropa ölkələrinə sifariş versək, onlar da bu texnikanı düzəltməyəcəklər. Çünki orada əsasən kərpicdən istifadə edilir. Daş kəsmək avadanlıqları bizim texnologiya olub. Bəllidir ki, bu texnologiyalar köhnədir və iş yerləri dəhşətli dərəcədə tozun içərisində olur. İnsanlar sanki quldarlıq dövründəki şəraitdə işləyirlər. Onlara da şərait yaratmaq lazımdır. Bakıda qalxan toz-dumanın səbəbi həmin karxanalar idi. Külək əsən zaman elə bil ki, karxanalar olan əraziyə bombalar atılır. Zirə, Türkan ərazisində olan karxanalardan şəhərə tez-tez toz dumanı gəlir. Orada böyük ərazi ekoloji pozulmuş vəziyyətdə qalıb. Ona görə də külək əsən zaman məhz həmin ərazidən toz-duman qalxır. Karxanaları bağlayırlarsa, mütləq onların fəaliyyətdə olduğu ərazilər bərpa edilməlidir. Bu əraziləri boş vəziyyətdə qoyub getmək olmaz. Bərpa işləri aparıldıqdan sonra karxananı işlədənlərdən əl çəkmək olar”.

 

Onu da qeyd edək ki, iqtisadçıların fikrincə, karxanaların bağlanması ölkə ərazində satılan mişar daşlarının qiymətinə təsir edəcək. Ekspertlərin fikrincə, bu proseslərdən istifadə edən işbazlar süni qiymət artımına gedəcəklər. Ona görə də nəzarət həm də bazar səviyyəsində aparılmalıdır. Məlumat üçün onu da bildirək ki, son zamanlar mişar daşlarının qiymətində artım müşahidə olunur. Xüsusilə də Qaradağ kubikinin qiyməti ötən illərlə müqayisədə yüksəkdir. Belə ki, ev və obyektlərin tikintisi üçün nəzərdə tutulan bir mişar daşının qiymətində 10 qəpik artım qeydə alınıb. Əvvəllər Bakıda 25-28 qəpiyə satılan bir mişar daşı hazırda 35-40 qəpik arası dəyişir. Bakının bəzi yerlərində isə bu qiymətlər 50 qəpiyə qədər artır.

 

YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL​

® Yeni Müsavat

30.11.2018 08:23

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ