Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Ödənişsiz “Veb Dizayn” kursu başladı - "VEYSƏLOĞLU"DAN YENİ LAYİHƏ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ödənişsiz “Veb Dizayn” kursu başladı - "VEYSƏLOĞLU"DAN YENİ LAYİHƏ

"Veysəloğlu” şirkətlər qrupu özünün Korporativ Sosial Məsuliyyət (KSM) istiqamətində “İstedadlı gənc” proqramı çərçivəsində yeni layihəyə start verib.

 

Reklam_3_11

Qrupdan "Marja"ya daxil olmuş məlumata görə, şirkət Qarabağ müharibəsində və aprel döyüşlərində şəhid olan, həmçinin əlillik dərəcəsi alan şəxslərin övladları, eyni zamanda ailə üzvləri üçün sosial layihə olaraq, 3 aylıq “Veb Dizayn" (saytın layihələnməsi, yaradılması və idarəedilməsi) layihəsini təşkil edib. Layihədə yaşı 17-25 aralığında olan 10 nəfər Qarabağ və aprel şəhidinin övladı, eləcə də qohumları iştirak edirlər.

 

Qeyd edək ki, “Veysəloğlu” Şirkətlər Qrupunun təşəbbəüsü və təşkilatçılığı, “Peşəyönümlü təhsilin inkişafına yardım” İctimai Birliyinin tərəfdaşlığı ilə 48 saatlıq proqram əsasında təşkil olunan kursu bitirən gənclərə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sertifikatı təqdim ediləcək. Dərslər nazirliyin “Elektron Hökumət Təlim-Tədris Mərkəzin”də keçirilir.

 

“Veysəloğlu” Şirkətlər Qrupunun "Veb Dizayn" kimi kursları təşkil etməkdə məqsədi bu sahəyə marağı olan gənclərin bilik və bacarıqlarını artırmaq, peşəkar səviyyəyə çatdırmaq, habelə kursu bitirərək iş tapmalarına yardımçı olmaqdır.

30.11.2018 09:07

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ