Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Avro, funt, qızıl və neft bahalaşır - GÜNƏ BAXIŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avro, funt, qızıl və neft bahalaşır - GÜNƏ BAXIŞ

Beynəlxalq iqtisadi əlaqələrin yaxşılaşması, dünya bazarlarında investorların risk iştahının artmasına səbəb olub. Avro, funt, qızıl və neft bahalaşır.


 

EUR

 

Beynəlxalq valyuta birjalarında ABŞ ilə Çinin xarici ticarətdə ilkin müsbət razılaşma əldə edtikdən sonra EUR/USD məzənnəsi də müsbət təsirlənib. Təhlillərə əsasən, 1.13$-ın üzərində ticarət edilən avronun qiyməti, bu səviyyənin üzərində 1.14$-a kimi də bahalaşa bilər.

 

Beynəlxalq iqtisadi əlaqələrin yaxşılaşması, ümumilikdə Avrozona iqtisadiyyatına və beləliklə, avronun da qiymətinə müsbət təsir edir.

 

Bununla yanaşı, cümə günü Bakı vaxtı ilə saat 14:00 və 17:30-da müvafiq olaraq açıqlanacaq Avrozonanın iqtisadi inkişaf və Amerikanın əmək bazarı ilə bağlı önəmli fundamental məlumatlar da diqqət mərkəzində saxlanılmalıdır.

 

GBP

 

GBP/USD məzənnəsi də 1.28$-ı yuxarı istiqamətdə qırarsa, burada da bahalaşma 1.29$-a kimi sürətlənə bilər. İngiltərə milli valyutasının gələcək qiyməti üçün AB ilə İngiltərə höküməti arasında razılaşdırılan Breksit müqaviləsinin hər iki parlamentlərdə də qəbul edilməsi də əsas rol oynayır. Dekabr ayının 11-i İngiltərə parlamenti səs verməyə gedəcəkdir.

 

TRY

 

Türkiyə maliyyə bazarlarında isə USD/TRY məzənnəsi 5.18TL-yə ticarət edilir. Texniki təhlillərə əsasən, məzənnə 5.13TL-ni də aşağı istiqamətdə qırarsa, dolların ucuzlaşması 4.98TL-yə kimi də davam edə bilər.

 

Bu gün saat 11:00-da dərc ediləcək Türkiyənin inflyasiya ilə bağlı yeni göstəriciləri də vacib olacaqdır.

 

OIL

 

Avropanın Brent markalı neftinin bir barel qiyməti 58$-a kimi ucuzlaşdıqdan sonra bahalaşmağa başlayıb. Yeni həftənin ilk ticarət sessiyasında artıq 62$-ın üzərində təklif edilən qiymət, 65 və 67$-a kimi də dəyər qazana bilər. Beynəlxalq iqtisadi əlaqələrin yaxşılaşması, dünya bazarlarında neftə olan tələbin də artmasına təsir edir.

 

Bu həftənin çərşənbə günü saat 19:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.

 

GOLD

 

Dünyada dolların aparıcı valyutalara nisbətən qiymətlərinin ucuzlaşması, əlvan metallar bazarlarında da qızılınbahalaşmasına səbəb olub. 1225$-ın (39.4 $/qram) üzərində təklif edilən qiymət, 1226$-in (39.4 $/qram) da üzərində möhkəmlənərsə, 1230$-a (39.6 $/qram) kimi də dəyər qazana bilər.

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

03.12.2018 06:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ