Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

İxracda xurma birinciliyi ələ alıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
İxracda xurma birinciliyi ələ alıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin noyabr sayı təqdim olunub.

 

Reklam_3_11

“Marja” “İxrac İcmalı”na istinadən xəbər verir ki, 2018-ci ilin yanvar-oktyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (149,9 milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 99,9 milyon ABŞ dolları) ikinci olub. Xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen isə (68,5 milyon ABŞ dolları) bu siyahıda üçüncü yerdə qərarlaşıb. 

 

Ümumiyyətlə 2018-ci ilin yanvar-oktyabr ayları ərzində meyvə-tərəvəz ixracı 405,5 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 103,6 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 102,7 milyon, elektrik enerjisinin ixracı 60 milyon,  qara metallar və onlardan hazırlanan məmulatların ixracı 72,2 milyon, pambıq lifi ixracı 64,5 milyon, kimya sənayesi məhsullarının ixracı 63,9 milyon, pambıq ipliyi ixracı 19 milyon ABŞ dolları təşkil edib.  2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin 10 ayında pambıq lifinin ixracı 2,3 dəfə, elektrik enerjisinin ixracı 62 faiz, pambıq ipliyinin ixracı 41 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 28 faiz, meyvə-tərəvəzin ixracı 8 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 5 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 5 faiz artıb.

 

2018-ci ilin oktyabr ayında isə qeyri-neft sektoru üzrə ixrac 144 milyon ABŞ dolları təşkil edib. 2018-ci ilin oktyabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısına  Rusiya (64,9  milyon ABŞ dolları) başlıq edib. Daha sonra bu siyahıda Türkiyənin (18,2 milyon ABŞ dolları), İsveçrənin (9,2 milyon ABŞ dolları), Gürcüstanın (9,1  milyon ABŞ dolları), Ukraynanın (7,3 milyon ABŞ dolları) və digər ölkələrin adları var.

 

Bu ilin oktyabr ayında qeyri-neft sektoru üzrə ixracda xurma (23,4 milyon ABŞ dolları) birinciliyi ələ alıb. Qabığı təmizlənmiş meşə fındığı (13,3 milyon ABŞ dolları)  ilə alma (7 milyon ABŞ dolları) isə ikinci və üçüncü yeri bölüşüblər.

03.12.2018 09:11

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ