Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Bu gün 400 manat ödənir, gələn ildən 83 manat ödəniləcək – VERGİLƏRDƏN AÇIQLAMA

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu gün 400 manat ödənir, gələn ildən 83 manat ödəniləcək – VERGİLƏRDƏN AÇIQLAMA
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Sadələşdirilmiş vergi rejimində olan bəzi vergi ödəyicilərinin gəlir vergisinə keçməsi onların ödənişlərini artırmayacaq, əksinə bəzi hallarda azaldacaq. Bunu Vergilər Nazirliyində keçirilən brifinqdə Vergilər Nazirliynin Vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva məcəlləyə dəyişiklikləri izah edərkən bildirib.

 

Reklam_3_11

Onun sözlərinə görə, dəyişikliklərə əsasən, bəzi təbəqələr əvvəlki kimi sadələşdirilmiş vergi ödəyicisi ola bilməyəcəklər, amma bu o demək deyil ki, onlar hökmən ƏDV ödəyicisi olmalıdırlar. Həmin şəxslər ya gəlir, ya da mənfəət vergisinin ödəyicisi kimi fəaliyyət göstərə bilərlər. "Yalnız öz seçimlərinə uyun olaraq, istəsələr ƏDV ödəyicisi ola bilərlər. Amma illik dövriyyəsi 200 min manata qədər olduqda onların məcburi qaydada ƏDV ödəyicisi olması ilə bağlı (Vergi Məcəlləsinə) heç bir müddəa daxil edilməyib".

 

S.Musayeva bildirib ki, həmin şəxslərə münasibətdə gəlir vergisi və mənfəət vergisi üzrə 75% güzəşt müəyyən edilib: "Üstəlik həmin subyektlər tərəfindən gəlirlərinin və xərclərinin dəqiq və şəffaf uçotu aparıldığı halda həmin sahibkarlıq subyektlərinin öz mənfəətinin, gəlirlərinin bölüşdürülməsi zamanı təsisçilərə divident vergisindən də azad edilib".

 

S.Musayeva bildirib ki, sadələşdirilmiş vergi ödəyicilərinin gəlir vergisinə keçməsi, ödənişlərin artması demək deyil: "Biz istəyərdik ki, gəlir vergisinin dərəcəsinin 20% olmasının, əvvəlki 4%-lə müqayisə olunmasın. Çünki sadələşdirilmiş vergi ümusi dövriyyədən tutulur. Gəlir vergisi isə gəlirlərdən xərclər çıxıldıqdan sonra yerdə qalan gəlir və hüquqi şəxslərdə mənfəətdir.

 

Və biz hazırkı şərti mənəfət dərəcəsini götürsək, aylıq 10 min manat gəliri olan şəxslər bu gün 4% yəni 400 manat vergi ödəyir. Gələn il isə belə şəxslər şərti olaraq 20% rentabelli işlədiyi halda və  dövlətin verdiyi mənfəət və gəlir vergisinə olan güzəştləri nəzərə alanda ayda cəmi 83 manat vergi ödəyəcək".

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© FED

03.12.2018 12:56

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ