“Bakutel-2018 başladı
Bu gün Bakıda Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı (“Bakutel-2018”) işə başlayıb.
Dekabrın 7-nə qədər davam edəcək tədbirin açılışına nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin iştirakı ilə baş tutub. Nazir bildirib ki, “Bakutel-2018” ən son texnoloji yeniliklərin və həllərin nümayişi üçün geniş imkanlar açır.
Nazir qeyd edib ki, son zamanlar yeni texnologiyaların tətbiqi ilə bağlı işlər görülür, Azərbaycan poçtu tranzit poçt kimi fəaliyyət göstərir, Çindən gələn yüklər Azərbaycan poçtu vasitəsilə digər ölkələrə göndərilir.
Gənclərin innovasiya və yüksək texnologiyalara marağından danışan nazir bildirib ki, regionlarda da gənclərin startaplara cəlb edilməsi üçün "ideyadan biznesə" layihələri keçirilir.
“Caspian Event Organisers” şirkətinin direktoru Edvard Stroun bildirib ki, "Bakutel-2018" sərgisində dünyanın 20 ölkəsindən 230 şirkət və 10 milli pavilyon iştirak edir.
Sərginin debütantları isə iştirakçıların ümumi sayının 30 faizini təşkil edir. Debütantlar arasında “Silk Way Biznes Aviasiya”, Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA), “Sistematiks” (Rusiya), “Suntech” (Polşa), “Azmonbat” (Azərbaycan), “BMS Global” (Azərbaycan), “Hostimul” (Azərbaycan), “IPG IRE-Polus” (Rusiya), “Xerrow Technologies” (BƏƏ) və digərləri yer alır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 saat əvvəl
-
5 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 5 saat əvvəl
-
5 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
5 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
5 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
6 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 7 saat əvvəl