Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

AİKZF 2019-u il üzrə investisiya xidmətlərini satın alır

iç səhifə xəbər başlığı altı (mobil)_31
AİKZF 2019-u il üzrə investisiya xidmətlərini satın alır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu (AİKZF) 2019-cu il üzrə investisiya xidmətlərini satın alır. Bu barədə Fonddan məlumat verilir.

 

Seçim təkliflərin sorğusu metodu ilə həyata keçirilir.

 

Sorğu iki lot üzrə aparılır:

Lot 1 – Qiymətli kağızlar ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi;

Lot 2 – Qiymətli kağızların öhdəlik götürmədən yerləşdirilməsi və anderraytinqi.

 

Hər lot üzrə sorğuda iştirak üçün dövlət rüsumu 150 manatdır.

 

Tender üzrə təkliflər 2019-cu il yanvarın 8-dək qəbul olunacaq, tender proseduru yanvarın 9-da baş tutacaq.

 

Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb. Fondun nizamnamə kapitalı 466 mln. manatdır.

 

Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.

 

Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir.

 

Şərtlərə görə, İKZF 30 min manatdan 3 mln. manatdək məbləğdə olan kreditlərə zəmanət verə bilər. Kreditin müddəti 7 ildən, kredit üzrə güzəşt dövrü isə 2 ildən çox olmamalıdır.

04.12.2018 10:20

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ