Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycana ən çox İran vətəndaşları elektron viza alıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycana ən çox İran vətəndaşları elektron viza alıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Bu günə kimi Azərbaycana səfər etmək istəyən əcnəbilərə 900 000-ə yaxın elektron viza verilib".

 

Bunu sorğusuna cavabında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev deyib.

 

O bildirib ki, müraciətlərin çoxluğuna görə ilk onluqda İran İslam Respublikası (227 745), Səudiyyə Ərəbistanı (68 073), Pakistan (66 755), Türkiyə (56 546), Hindistan (52 759), Birləşmiş Ərəb Əmirlikləri (43 402), İsrail (37 949), Türkmənistan (34 044), Böyük Britaniya (31 147) və Almaniya (23 195) yer alır.

 

Şöbə müdiri xatırladıb ki, 95 ölkənin vətəndaşı və vətəndaşlığı olmayan şəxslər elektron viza üçün müraciət edə bilərlər: "Elektron viza tək girişlidir və etibarlılıq müddəti, ölkədə qalma müddəti 30 gün olmaqla, 90 gün təşkil edir. Standart və təcili elektron viza mövcuddur. Müraciətlər tək və ya qrup (2-10 nəfər) şəklində edilə bilər. Hazırda portal 9 dildə təqdim olunur: Azərbaycan, ingilis, rus, fransız, ispan, ərəb, fars, alman və italyan".

 

Agentliyin sözçüsü bildirib ki, hazırda sadələşdirilmiş viza rejimi Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Çin Xalq Respublikası, İndoneziya, İran İslam Respublikası, İsrail, Koreya Respublikası, Küveyt, Qətər, Malayziya, Oman, Səudiyyə Ərəbistanı Krallığı, Sinqapur, Türkiyə Respublikası, Yaponiya, ABŞ (Yalnız Nyu-York-Bakı reysi ilə səfər edən Amerika Birləşmiş Ştatlarının vətəndaşlarına Heydər Əliyev beynəlxalq hava limanında 30 günlük viza rəsmiləşdirilir) üçün tətbiq olunur: "Hava limanında alınan viza ilə Türkiyə Respublikası vətəndaşları 60 gün, digər ölkənin vətəndaşları 30 gün qala bilər. Yaponiya vətəndaşları üçün viza ödənişsizdir".

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

04.12.2018 15:22

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ