Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Qətərin ardından OPEC-ə daha bir zərbə

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qətərin ardından OPEC-ə daha bir zərbə

57 ildir üzvü olduğu OPEC-dən 2019-cu ilin Yanvar ayından çıxmaq qərarı verən Qətərin ardından, İrandan çox əhəmiyyətli bir açıqlama verilib.
 

"Reuters"ın IRNA xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, OPEC-in sabah keçirəcəyi iclas ərəfəsində danışan İranın neft naziri Bijan Zanganeh, "İrana sanksiya tətbiq olunduğu müddətdə, İranın OPEC kvotası heç kəslə müzakirə etdilməyəcək" deyib.
 

"Marja" xəbər verir ki, neft qiymətlərində son həftələr baş vermiş kəskin geriləmənin ardından, Neft İxrac Edən Ölkələr Təşkil atının (OPEC) üzvləri və OPEC-ə daxil olmayan bəzi ölkələr istehsalın azaldılmasını müzakirə etmək üçün sabah Vyanada toplaşacaqdır. İclasda "OPEK +" olaraq adlandırılan neft istehsalçısı ölkələrin hasilatlarını gündəlik 1-1,5 milyon barrel səviyyəsində azaltmaq barədə qərar verəcəkləri gözlənilir.
 
 

Qətərin Energetika naziri Saad əl-Kaabi də bazar ertəsi günü etdiyi açıqlamada, "OPEC-dən 2019-cu ilin Yanvar ayından çıxacağıq. Qərarımızı OPEC-ə təqdim etmişik. OPEC üzvü olmayan hər bir ölkə kimi bütün öhdəliklərimizə riayət etməyə davam edəcəyik" demişdi.

05.12.2018 15:48

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ