Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Neft qiymətləri kəskin düşdü - YENİLƏNİB

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft qiymətləri kəskin düşdü - YENİLƏNİB
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Səudiyyə Ərəbistanının Energetika naziri Xalid əl-Falih hasilatın azaldılmasını gözləniləndən daha az təklif edib.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, bundan sonra neft qiymətləri 5%-dən çox düşüb. Brent neftin barrel qiyməti 5,1% düşərək 58.50 dolları, Qərbi Texas neftinin (WTI) qiyməti də 5% düşərək 50.42 dolları görüb (Bakı vaxtı ilə saat 14:46-ya olan məlumat).
 

Xalid əl-Falih jurnalistlərə verdiyi açıqlamada, hasilatın azaldılmasının gündəlik 1 milyon barel olmasının yetərli olacağını deyib. Bazar azaltmanın 1,3 milyon barel olacağını gözləyirdi.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

Əl-Falih "Hələ bir razılaşma yoxdur, Rusiya hələ də variantları qiymətləndirir. Müqavilə olsa da olmasa da nəticələrinə hazırıq. Bütün ölkələr yükü bərabər şəkildə paylaşmalıdır. Neftin qiymət səviyyəsilə bağlı ABŞ ilə görüşməmişik", -ifadələrini istifadə edib.

 

Treyderlər, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və aralarında Rusiyanın da olduğu tərəfdaşlarının, Səudiyyə Ərəbistanının hasilatın gündəlik 1 milyon barreldən çox azaldılması fikrindən geri addım atmasının ardından, yekun razılığa gəlib-gəlməyəcəklərini gözləyirlər.

 

Ötən həftənin sonu, Rusiya Prezidenti Vladimir Putinin və Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi Məhəmməd ibn Salmanın neft bazarını idarə etməyə yönəlmiş müqaviləni (hasilatın azaldılması müqaviləsi) 2019-cu ilədək uzatmağa razı olduqları bildirilmişdi. Bu xəbərdən sonra neft qiymətləri bir qədər yüksəlmişdi. 

 

Qeyd edək ki, bu gün OPEC-ə üzv və üzv olmayan ölkələr hasilatın azaldılmasını müzakirə edəcəklər. Ətraflı oxu: Gözlər həlledici neft toplantısında - BU GÜN QƏRAR VERİLƏCƏK

 

Analitiklər bildirirlər ki, əgər hasilatın azaldılması gündəlik 1.3 milyon bareldən aşağı olarsa, OPEC-in hasilatı bu ilin ən aşağı səviyyəsinin üzərində qalacaq və bu da təklif bolluğunun aradan qaldıracağı gözləntilərinin azalmasına səbəb olacaqdır.

06.12.2018 11:48

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ