Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Qlobal ərzaq qiymətləri 8.5 faiz düşüb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qlobal ərzaq qiymətləri 8.5 faiz düşüb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatı, qlobal ərzaq qiymətlərinin noyabrda ötən ilin eyni dövrünə nisbətən 8,5%, əvvəlki aya nisbətən isə 1,3 faiz aşağı düşdüyünü açıqlayıb.



"Marja" xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatından (FAO) verilən yazılı açıqlamaya görə, beynəlxalq bazarlarda taxıl, bitki mənşəli yağ, süd məhsulları, ət və şəkərdən ibarət olan beş əsas qida maddəsinin qiymətləri və ticarəti təqib edilərək hazırlanan Ərzaq Qiymətləri İndeksi noyabrda 160,8 bəndə enib.


İndeks, noyabrda ötən ilin eyni dövrünə nisbətən 8,5%, əvvəlki aya nisbətən isə 1,3% düşərək 2016-cı ilin May ayından bu yana ən aşağı səviyyəsinə enib.


Qlobal ərzaq qiymətlərinin geriləməsinə, bitki yağlarda qiymət azalmaları təsir göstərib. Bitki Yağları Qiymət İndeksi ötən ay oktyabr ilə müqayisədə 5,7 faiz azalma qeyd edib və son 12 ilin ən aşağı səviyyəsinə enib.
 

Altı aydır düşən FAO Süd Məhsulları Qiymət İndeksi noyabrda əvvəlki aya nisbətən 3,3% azalıb. Ehtiyatların və ixracın artması, kərə yağı, pendir və süd tozunun ucuzlaşmasına səbəb olur.
 

Taxıl Qiymətləri İndeksinin aylıq 1,1 faiz azalmasına buğda ixracında kəskin artım, qarğıdalıdakı gərgin ixrac rəqabəti və yeni məhsul düyünün alışları rol oynayıb.
 

Ət qiymətləri isə az miqdarda geriləyib, yalnız inək əti qiymətləri artıb.
 

Braziliyada şəkər istehsalında gözlənilən kəskin azalma Şəkər Qiyməti İndeksinin noyabrda 4,4 faiz artmasında təsir göstərib.

06.12.2018 13:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ