Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Dollar 1% ucuzlaşa bilər - GÜNƏ BAXIŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dollar 1% ucuzlaşa bilər - GÜNƏ BAXIŞ

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri iqtisadi və siyasi risklərin artması ilə yenidən ucuzlaşmağa başlayıb.


 

Reklam_3_11

Beynəlxalq valyuta birjalarında ABŞ-ın Çin ilə xarici ticarət münasibətləri fonunda gərgin müzakirələrin getdiyi bir vaxtda, xarici ticarət kəsirinin son səkkiz ayın maksimum səviyyəsinə çatması xəbərləri dolların aparıcı valyutalara nisbətən qiymətlərinin ucuzlaşmasına səbəb olub. 

 

Belə ki, Amerikanın statistika idarəsinin çərşənbə günü açıqladığı rəsmi məlumatlara əsasən, mənfi saldo 5-ci aydır arda arda artaraq 55.5 milyard dollara çatıb. İxrac 211.1 milyard dollar, idxal isə 266.5 milyard dollar olub. 

 

Amerikanın fond bazarları da yenidən təzyiq altındadır. Sonuncu dəfə ABŞ ilə Çin arasında xarici ticarət əlaqələri fonunda müsbət razılığın əldə olunmasına baxmayaraq, çərşənbə günü Çinin texnologiya şirkəti "Huawei"-in maliyyə sədrinin Kanada polisi tərəfindən saxlanılması və ABŞ hökümətinin onlara təslim edilməsini tələb etməsi xəbərləri, sözügedən münasibətlər fonunda riskləri yenidən artırıb. 

 

Amerikanın “S&P” (2621.3) və “Dow Jones” (24240) indeksləri müvafiq olaraq son bir ayın minimum səviyyələrinə kimi 7% ucuzlaşıb. 

 

Təhlillərə əsasən, dolların aparıcı valyutalara nisbətən orta qiyməti cari həftənin də minimum səviyyəsini aşağı istiqamətdə qırarsa, ucuzlaşma son bir ayın minimum səviyyəsinə kimi 1% davam edə bilər.

 

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 17:30-da açıqlanacaq Amerikanın əmək bazarı ilə bağlı önəmli fundamental məlumatlar da diqqət mərkəzində saxlanılmalıdır və maliyyə bazarlarında dalğalanmanı daha da artıra bilər.

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

07.12.2018 06:41

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ