Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

13 rayonun 1404 arıçısına subsidiya verəcək - QƏRAR QƏBUL EDİLDİ

iç səhifə xəbər başlığı altı (mobil)_31
13 rayonun 1404 arıçısına subsidiya verəcək - QƏRAR QƏBUL EDİLDİ

Kənd Təsərrüfatı Nazirliyində Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi üzrə Respublika Komissiyasının sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin sədrliyi ilə arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.

 

Reklam_3_11

İclasda 13 rayon komissiyasından daxil olmuş sənədlərə baxılıb, 1404 arıçıya saxladıqları 37393 arı ailəsinə (pətəyə) görə dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə (pətəyə) 10 (on) manat hesabı ilə cəmi 373930 manat məbləğində subsidiyanın verilməsi barədə qərarlar qəbul edilib.

 

Rayon (şəhər) üzrə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya veriləcək arıçıların siyahısı, onların saxladıqları arı ailəsinin (pətəyin) miqdarı və hesablanmış subsidiyanın məbləği barədə məlumatlar Nazirliyin rəsmi internet  səhifəsinin (http://agro.gov.az) "Subsidiyalar" bölməsində yerləşdiriləcək.

 

 Qeyd edək ki, iclasda aşağıdakı rayonlar üzrə arıçılara subsidiyalar verilməsi barədə qərar qəbul olunub:

 

Abşeron - 20 nəfər- 570 arı ailəsi-5700 manat

Ağsu - 347 nəfər- 7705 arı ailəsi-77050 manat

Astara - 87 nəfər- 2974 arı ailəsi-29740 manat

Biləsuvar - 8 nəfər- 748 arı ailəsi-7480 manat

Kürdəmir - 28 nəfər- 696 arı ailəsi-6960 manat

Laçın - 76 nəfər- 1324 arı ailəsi-13240 manat

Masallı - 90 nəfər- 2244 arı ailəsi-22440 manat

Qax - 387 nəfər- 10414 arı ailəsi-104140 manat

Qubadlı - 75 nəfər- 3327 arı ailəsi-33270 manat

Saatlı - 12 nəfər- 380 arı ailəsi-3800 manat

Şəmkir - 192 nəfər- 4564 arı ailəsi-45640 manat

Zəngilan - 17 nəfər - 947 arı ailəsi-9470 manat

Ağdaş - 65 nəfər- 1500 arı ailəsi-15000 manat

 

Cəmi: 1404 nəfər  / 37393 arı ailəsi  /  373930 manat

 

Hazırda arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslər tərəfindən saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya almaq üçün rayon (şəhər) komissiyalarına müraciətlər daxil olmaqdadar. Rayon (şəhər) komissiyalarından zəruri sənədlər daxil olduqca, Respublika Komissiyasının iclasında arıçılara hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi ilə bağlı həmin sənədlərə baxılacaq.

 

Qeyd edək ki, iclasda Azərbaycan Arıçılar Assosiasiyasının nümayəndələri də iştirak edir. Rayon (şəhər) komissiyalarından daxil olan sənədlərə baxılması məqsədilə yaradılmış işçi qrupuna Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri ilə yanaşı Azərbaycan Arıçılar Assosiasiyasının təmsilçiləri də daxildir.

07.12.2018 11:15

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ