Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Neft danışıqları İranın tələbi ilə düyünə düşüb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft danışıqları İranın tələbi ilə düyünə düşüb

OPEC+ toplantısında danışıqlar İranın hasilatın azaldılması müqaviləsindən azad edilməsi tələbi ilə düyünə düşüb.


"Marja" xəbər verir ki, OPEC üzvü olmayan Rusiyanın energetika naziri Aleksandr Novakın İran və Səudiyyə Ərəbistanı nümayəndə heyətləri arasında vasitəçilik səyləri də hələ nəticə verməyib.
 

Reklam_3_11

Nümayəndələrin verdiyi məlumata görə, OPEC və tərəfdaşları, 650,000 barreli OPEC tərəfindən olmaqla hasilatın gündəlik 1 milyon barrel azaldılması təklifi üzərində fokuslanıblar. Nümayəndələrdən biri, həcm barədə hələ yekun qərarın verilmədiyini söyləyib.
 

Novakın vasitəçi olması ilə əlaqədar olaraq neft qiymətləri bir qədər yükəlib. Brent neftinin qiyməti 2%-ə yaxın qalxaraq 61,20 dollara çatıb.

 

OPEC bir tərəfdən, təşkilata üzv olmayan Rusiyanın dəstəyinə asılı qalarkən, eyni zamanda ABŞ Prezidenti Donald Trampın təzyiqi ilə üz-üzədir. Diqqəti çəkən ən mühüm məqamlardan biri, ABŞ-ın şist nefti istehsalındakı artıma görə, ötən həftə 75 ildir ilk dəfə xalis neft ixracatçısı halına gəlməsi olub.

07.12.2018 14:20

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ