Samux arıçıları birləşdi
Dekabrın 7-də Samux Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) Azərbaycan Arıçılar Assosiasiyasının Samux Arıçılar Birliyinin təsis iclası keçirilib.
Samux DAİM-in rəhbəri Rahil Həsənov bildirib ki, iclasda birliyin 5 nəfərdən ibarət idarə heyəti və üç nəfərdən ibarət nəzarət-təftiş komissiyası seçilib.
Afiq Mehtiyev Birliyin sədri, Əvəz Hacıyev isə Nəzarət-təftiş komissiyasının sədri seçilib.
Bu vaxta kimi Samux rayonu üzrə 109 arıçının qeydiyyatdan keçdiyini deyən Rahil Həsənov qeyd edib ki, Birliyin yaranmasında əsas məqsəd arıçılığın rayonda inkişafına dəstək olmaqdır. Belə ki, Birlik bundan sonra arıçılığın rayonda təbliğatı, bu sahənin inkişafı üçün dünyada tətbiq edilən müasir metod və innovasiyaların təsərrüfatlarda tətbiqi, xəstəlik və zərərvericilərə qarşı təsirli mübarizə, yüksək keyfiyyətli arı məhsullarının bazara çıxarılması, arı ailələrinin, xüsusən də ana arıların daha məhsuldar cins arılarla əvəzlənməsi istiqamətində arıçılara dəstək olacaq.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 7 saat əvvəl
-
10 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 10 saat əvvəl
-
10 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
11 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
11 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
12 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 12 saat əvvəl