Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Bakı Telefon Rabitəsi”nin xalis mənfəəti 5% artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Bakı Telefon Rabitəsi”nin xalis mənfəəti 5% artıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Bakı Telefon Rabitəsi” MMC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 112 milyon 36 min manat təşkil edib.

 

Reklam_3_11

Şirkətin maliyyə hesabatına görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 11% çoxdur.

 

Hesabat dövründə “Bakı Telefon Rabitəsi”nin cəmi kapitalı 13,8% artaraq 86 milyon 13 min manata, o cümlədən nizamnamə kapitalı 27,5% artaraq 41 milyon 553 min manata, cəmi öhdəlikləri isə 2,6% artaraq 26 milyon 23 min manata çatıb.

 

2017-ci ildə şirkətin göstərdiyi xidmətlərdən gəliri 67 milyon 945 min manat (2016-cı ilə nisbətən 1,3% az), xidmətlərinin maya dəyəri 35 milyon 325 min manat (9,9% az), ümumi, inzibati və digər əməliyyat xərcləri 30 milyon 249 min manat (66,5% çox), digər əməliyyat gəlirləri 13 milyon 642 min manat (3,9 dəfə çox), maliyyə xərcləri 415 min manat (48,6% az) təşkil edib. Son nəticədə ötən il rabitə müəssisəsinin vergiöncəsi mənfəəti 15 milyon 598  min manat (10,5% çox) olub.

 

2017-ci ildə “Bakı Telefon Rabitəsi” 2016-cı illə müqayisədə 22,1% çox – 5 milyon 354 min manat mənfəət vergisi ödəyib və ili 10 milyon 244 min manat xalis mənfəətlə başa vurub. Bu, əvvəlki illə müqayisədə 5,3% çoxdur.

 

Xatırladaq ki, “Bakı Telefon Rabitəsi” MMC 1997-ci ildən fəaliyyət göstərən “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) bazasında ötən il yaradılıb. 

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

08.12.2018 10:16

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ