Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Maliyyə bazarlarında son vəziyyət - 10.12.2018

iç səhifə xəbər başlığı altı (mobil)_31
Maliyyə bazarlarında son vəziyyət - 10.12.2018

Bu həftə İngiltərə parlamentində Breksit razılaşması səs verməsi, dolların ucuzlaşması, qızılın bahalaşması və neft qiymətləri diqqət mərkəzində olacaqdır.


 

Reklam_3_11

EUR

 

Beynəlxalq valyuta birjalarında ABŞ ilə Çin arasında siyasi gərginliyin yenidən artması və ABŞ-da iqtisadi göstəricilərin zəif açıqlanması, dolların aparıcı valyutalara nisbətən qiymətlərinin ucuzlaşmasına səbəb olub.

 

EUR/USD məzənnəsi də nəticədə 1.14$-a kimi bahalaşıb. Təhlillərə əsasən, qiymət keçən həftənin maksimum səviyyəsi üzərində qalarsa, 1.15$-a kimi də bahalaşa bilər.

 

Bununla yanaşı, çərşənbə və cümə axşamı müvafiq olaraq saat 17:30 baş tutacaq Avropa Mərkəzi Bankının mətbuat konfransı və açıqlanacaq Amerikanın inflyasiya ilə bağlı önəmli fundamental məlumatlar da diqqət mərkəzində saxlanılmalıdır.

 

GBP

 

GBP/USD məzənnəsi də çərşənbə axşamı baş tutacaq İngiltərə parlamentində Breksit razılaşması səs verməsi öncəsi 1.27$-a kimi bahalaşıb. Qiymət bu səviyyənin üzərində qaldıqca, 1.28$-a kimi də bahalaşa bilər.

 

TRY

 

Türkiyə maliyyə bazarlarında isə USD/TRY məzənnəsi 5.46TL-yə kimi bahalaşdıqdan sonra 5.26TL-yə kimi ucuzlaşmışdı. Qiymət 5.34TL-ni də yuxarı istiqamətdə qıraraq, üzərində möhkəmlənərsə, yenidən keçən həftənin maksimum səviyyələrinə kimi bahalaşa bilər.

 

Lirənin təzyiq altında olmasına səbəb, Türkiyə Mərkəzi Bankının (TCMB) faiz dərəcələrini azalda biləcəyi ehtimallarıdır. Bu baxımından cümə axşamı saat 15:00-da açıqlanacaq TCMB-nin faiz qərarını investorlar böyük maraqla gözləyirlər.

 

OIL

 

Avropanın Brent markalı neftinin bir barel qiyməti “OPEC+” ölkələrinin yeni qərarından sonra 64$-a kimi bahalşsa da 62$-a kimi korreksiya edib. Lakin təhlillər onu göstərir ki, qiymət 62$-ın üzərində qaldıqca, yenidən 64$-a kimi dəyər qazana bilər.

 

Bu həftənin çərşənbə günü saat 19:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.

 

GOLD

 

Dünyada dolların aparıcı valyutalara nisbətən qiymətlərinin ucuzlaşması, siyasi və iqtisadi risklərin artması, əlvan metallar bazarlarında da qızılın bahalaşmasına səbəb olub. 1249$-ın (40.2 $/qram) üzərində təklif edilən qiymət, 1247$-in (40.0 $/qram) üzərində möhkəmlənərsə, 1258$-a (40.5 $/qram) kimi də dəyər qazana bilər.

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

10.12.2018 06:17

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ