Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

ABŞ və Səudiyyə "neft bazarındakı prosesləri" müzakirə edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ və Səudiyyə "neft bazarındakı prosesləri" müzakirə edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-ın energetika naziri Rick Perry, Səudiyyə Ərəbistanının neft naziri Xalid əl-Falih ilə Səudiyyə Ərəbistanının Zahran şəhərində görüşüb.
 

"Marja" xəbər verir ki, Səudiyyə Ərəbistanının neft naziri Falih "Twitter" hesabında verdiyi açıqlamada, neft bazarındakı prosesləri müzakirə etdiklərini qeyd edib.
 

Ölkəsinin bazarlarda sabitliyin davam etməsi məsələsində qərarlı olduğuna işarə edən Falih, görüşdə Səudiyyə Ərəbistanının karbon emissiyalarını azaltmaq üçün texnologiyalarını inkişaf etdirməsinu və enerji səmərəliliyi mövzusundakı səyləri ilə iki ölkə arasında texniki sahələrdə əməkdaşlıq imkanlarını da müzakirə etdiklərini bildirib.
 

Falih keçən həftə, OPEC-in hasilatı azaltmaq üçün heç kimdən icazə almağa ehtiyacı olmadığını, ABŞ-ın sözügedən təşkilata diktə etmək hüququ olmadığını söyləmişdi.
 

ABŞ Prezidenti Donald Trampın, "neft istehsalının gələn il azaldılmaması" çağırışına baxmayaraq Avstriyanın paytaxtı Vyanada keçirilən 5-ci OPEC və OPEC-ə üzv olmayan ölkələrin iclasında  hasilatın gündəlik 1 milyon 200 min barrel  azaldılmasına qərar verilib.
 

Dünyanın ən böyük xam neft ixracatçısı Səudiyyə Ərəbistanı, 500 min barellə OPEC üzvü olan ölkələr arasında ən çox hasilatını azaldan ölkə olacaq.
 

Müqavilə 2019-un Yanvar ayından etibarən 6 ay müddətinə tətbiq olunacaq. İran, Liviya və Venesuela müqavilədən azad edilib.

11.12.2018 09:29

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ