Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

AZAL və "Buta"nın daşıdığı sərnişinlərin sayı açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
AZAL və "Buta"nın daşıdığı sərnişinlərin sayı açıqlandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2018-ci ilin 11 ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu 4,1 milyon sərnişinə xidmət göstərmişdir. Bu göstərici ötən ilin analoji göstəricisindən 9 faiz çoxdur.

 

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən “Marja”ya daxil olmuş məlumata görə, “Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının payına 1 milyon 756 min sərnişin, milli loukoster “Buta Airways”in payına isə 411 min sərnişin düşmüşdür.

 

İlin əvvəlindən etibarən 3,54 milyon sərnişin (ümumi sərnişin dövriyyəsinin 86 faizi) beynəlxalq reyslərlə daşınmışdır. Beynəlxalq sərnişinlərin ümumi sayının 34 faizi AZAL-ın,  11,6 faizi  isə “Buta Airways”in payına düşmüşdür.     

 

Noyabr ayında beynəlxalq sərnişin aviadaşımaları üzrə aviaşirkətlərin onluğuna AZAL və “Buta Airways” ilə yanaşı “FlyDubai”, “Turkish Airlines”, “Air Arabia”, “Aeroflot”, “UIA” (Ukrayna Beynəlxalq Hava Yolları), “Qatar Airways”, “Utair”, “SCAT”, “Lufthansa” və “S7 Airlines” daxil olmuşdur. Onlar ümumilikdə 118 min sərnişinə xidmət göstərmişdir.

 

Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 40-dan çox istiqamət üzrə 30-dan çox  aviaşirkətə xidmət göstərir. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna əvvəlki kimi İstanbul, Moskva, Dubay, Kiyev, Şarja, Tehran , Bağdad, Tbilisi, Doha və Tel-Əviv daxildir. Bu istiqamətlərə 196 min sərnişin uçmuşdur. 

 

Heydər Əliyev Beynəlxalq Aeroportunun  yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilmişdir. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.

11.12.2018 12:05

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ