Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Dolların sürətli bahalaşması investorların diqqət mərkəzində - GÜNƏ BAXIŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dolların sürətli bahalaşması investorların diqqət mərkəzində - GÜNƏ BAXIŞ

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində sürətli bahalaşma investorların diqqət mərkəzində.


 

Beynəlxalq valyuta birjalarında ABŞ ilə Çin arasında xarici ticarət münasibətlərinin düzəldilməsi istiqamətində irəliləyişlərin olması xəbərləri, dolların aparıcı valyutalara nisbətən qiymətlərinin 0.7% bahalaşmasına səbəb olub.

 

Blumberq agentliyinin çərşənbə axşamı yayımladığı xəbərlərə əsasən, Çin ABŞ-dan idxal olunan avtomobillərə gömrük rüsumlarını azaltmağı planlaşdırır. Belə ki, Çin tərəfindən tətbiq edilən 40%-lik cari gömrük rüsumlarının 15%-ə kimi azaldılması təklifini hökümət gələcək günlərdə təhlil etmək istəyir. Bununla yanaşı, təklifə dəyişikliklər də əlavə ola bilər. 

 

Hər iki ölkənin nümayəndələri çərşənbə axşamı telefon danışı həyata keçiriblər. Bu zaman çinli top meneceri Menq Wanhaun Kanadada həbs edilməsi fonunda yaranan siyasi böhrana baxmayaraq, danışıqların davam etdirilməsi qərar alınıb. 

 

Qeyd etmək lazımdır ki, bu il Çin Amerika avtomobillərinə gömrük rüsumlarını 25%-dən 40%-ə yüksəltmişdi. Almaniyanın ABŞ-da istehsal olunan "Daimler" və "BMW"-nin "SUV" tipli  avtomobilləri də bu qərardan böyük zərər görüb. Avropadan idxal olunan avtomobillərə isə rüsumlar 15%-ə kimi azaldılmışdı. Keçən həftənin çərşənbə günü Çinin texnologiya şirkəti "Huawei"-in maliyyə sədrinin Kanada polisi tərəfindən saxlanılması və ABŞ hökümətinin onlara təslim edilməsini tələb etməsi xəbərləri, iki ölkə arasında münasibətləri yenidən korlamışdı. Çin tərəfi Kanada hökümətini insan haqlarının pozulması ilə ittiham edir.  Şirkətin maliyyə sədri eyni zamanda şirkətin yaradıcı Ren Çengfeyin qızıdır. Son məlumatlara əsasən, 3 günlük məhkəmə işindən sonra 7.5 milyon dollarlıq pul girovu ilə Menq azad edilib, lakin GPS avadanlığı daşımalıdır. 

 

EUR/USD məzənnəsi də nəticədə 1.13$-a kimi ucuzlaşıb və cari həftənin minimum səviyyəsi altında qalarsa, 1.12$-a kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır.

 

Neftdə bahalaşma proqnozları

 

Enerji bazarlarında isə Avropanın Brent markalı neftinin bir barel qiyməti 61$-a ticarət edilməkdədir. Dolların qiymətlərində bahalaşma, enerji bazarlarında da qiymətlərə mənfi təsir edir. Lakin təhlillərə əsasən, qiymət 61$-ın üzərində möhkəmlənərsə, yenidən 63$-a kimi dəyər qazana bilər.

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

12.12.2018 05:46

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ