Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Azərbaycan Rusiyadan “Premium Euro-95” benzinin idxalını 29 dəfə artırıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan Rusiyadan “Premium Euro-95” benzinin idxalını 29 dəfə artırıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan yanvar-sentyabr aylarında Rusiyadan “Premium Euro-95” markalı benzin idxalını 29 dəfə artırıb.

 

Reklam_3_11

Azərbaycan 2018-ci ilin yanvar-sentyabr aylarında 34 mln. 634,39 min dollar dəyərində 45 min 990,6 ton "Premium Euro-95" markalı avtomobil benzini idxal edib. Bu barədə hökumətdən məlumat verilib.

 

"2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana 45 min 990,6 ton "Premium Euro-95" markalı avtomobil benzini idxal olunub. 2017-ci ilin yanvar-sentyabr ayları ərzində isə respublikaya 23 mln. 637,64 min dollar məbləğində 36 min 879,54 ton benzin idxal olunmuşdu. Beləliklə, bu ilin yanvar-sentyabr aylarında “AI-95” markalı benzinin Azərbaycana idxal həcmi miqdar ifadəsində 24,7%, dəyər ifadəsində 46,5% artıb", - deyə məlumatda bildirilir.

 

Eyni zamanda, Rusiyadan 19 mln. 983,6 min dollar dəyərində 27 min 803,13 ton (miqdar ifadəsində 28,8 dəfə, dəyər ifadəsində 31,5 dəfə artım), Bolqarıstandan  3 mln. 577,37 min dollar dəyərində 4 min 449,47 ton, Rumıniyadan  11 mln. 73,42 min  dollar dəyərində 13 min 738 ton “AI-95” markalı benzin idxal olunub.

 

Bundan başqa, hesabat dövründə ölkəyə 652,07 min dollar dəyərində 642,06 ton "Super Euro-98" markalı benzin idxal olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə miqdar ifadəsində azalma 41,6%, dəyər ifadəsində artım 10,8% təşkil edib.

 

Cari ilin yanvar-sentyabr aylarında “AI-98” markalı benzinin əsas idxal həcmi Belarusun (542,77 min dollar dəyərində 628,45 ton), qalan həcm isə Almaniya, Böyük Britaniya və Fransanın payına düşüb.

 

Eyni zamanda, iyul-sentyabr aylarında ölkəyə "Super Euro-98" markalı benzin idxal olunmayıb.

 

1 aprel 2014-cü il tarixindən Azərbaycana "Premium Euro-95" və "Super Euro-98" markalı benzin idxalına başlanılıb.

 

Hazırda daxili bazarda “Premium Euro-95”in pərakəndə satış qiyməti 1,5 manat, “Super Euro-98” markalı benzinin qiyməti isə 1,6 manat təşkil edir.  

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© İnterfaks-Azərbaycan

12.12.2018 07:52

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ